| İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Parlamentlə işin gücləndirilməsi yolu ilə büdcənin parlament müzakirələrinin səmərəliliyinin artırılması” layihəsi çərçivəsində hökumətin büdcə fəaliyyətinin qiymətləndirilməsi indikatorlarını işləməyə başlayıb. Sizə təqdim olunan bu hesabat həmin fəaliyyətin birinci mərhələsinin yekunudur.
Burada Azərbaycanda dövlət büdcəsi ilə bağlı səlahiyyətlərin bölgüsü və büdcə vəsaitlərinin səmərəliliyinin təminatı sahəsində qanunvericilik bazasının mövcud durumu araşdırılıb, hökumətin büdcə fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi sahəsində xarici təcrübə və beynəlxalq standartlardan nümunələr gətirilib. Daha sonra hökumətin büdcə fəaliyyətinin nəticə göstəriciləri, onların ölçülməsi xüsusiyyətləri şərh olunub. Sonda isə dövlət büdcəsinin 2 bölməsi (təhsil və səhiyyə) üzrə hökumətin büdcə fəaliyyətinin qiymətləndirilməsi üzrə işlənilmiş indikatorların ilkin variantı (bir hissəsi) təqdim edilir.
Qeyd etmək istərdik ki, indikatorlar üzərində iş hələ davam etdirilir, bunlar daha da təkmilləşdiriləcək. Habelə növbəti illərdə büdcənin qalan bölmələri üzrə də indikatorlar işləniləcək. Bütün bölmələr üzrə indikatorların işlənilməsi başa çatdıqdan sonra bunlar izahlarla kitab şəklində çap olunacaq.
Buna görə də bu hesabat və burada təqdim olunan materiallarla bağlı, xüsusilə hökumətin büdcə fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi indikatorları ilə bağlı rəy və tövsiyələrinizi bizə göndərməyinizi xahiş edirik.
Sənədin tam mətni ilə bu linkdə tanış ola bilərsiniz
|