Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Əmanətlərin 30.000 manatı sığortalanacaq
Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanan hissəsinin məbləğini müəyyənləşdirib

“İqtisadi forum” jurnalının məlumatına görə, ölkə banklarında illik faiz dərəcəsi 15 faizədək olan bütün əmanətlər sığortalanacaq. Bu isə o deməkdir ki, 2009-cu ilin 1 yanvar tarixindən etibarən Fonda üzv olan banklarda ən çoxu 15 faiz dərəcəsi ilə yerləşdirmiş əmanətlər qorunan əmanətlər hesab olunur və Fond tərəfindən sığortalanır.

Məlumat üçün bildirək ki, yeni qayda Milli Məclisin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa etdiyi 08 may 2009-cu il tarixli dəyişiklikdən sonra  qüvvəyə minib və yanvarın 1-dən etibarən banklarda yerləşdirilmiş bütün əmanətlərə şamil edilir. Dəyişikliyə əsasən əhalinin banklardakı əmanətlərinin sığorta olunan hissəsi 30 min manatadək qaldırılıb. Bu isə o deməkdir ki, əmanətçinin müştərisi olduğu bankda problem yaranarsa, illik 15 faizlə qoyulan əmanətin 30 min manatı və faizləri fond tərəfindən geri qaytarılacaq. Əmanətin illik faiz dərəcəsi 15 faizdən yuxarı olduğu təqdirdə isə həmin bu əmanətlər fond tərəfindən sığortalanmayacaq.

Bundan başqa qanuna edilmiş dəyişikliklə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinin Mərkəzi Bankının uçot faiz dərəcəsindən asılılığı aradan qaldırıləb. Bundan sonra illik faiz dərəcəsinin yuxarı həddi Mərkəzi Bankla razılaşdırmaqla Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən ediləcək. Elə Şuranın 10 iyun 2009-cu il tarixdə keçirilmiş növbədənkənar iclasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi Mərkəzi Bankla razılaşdırılmaqla 15 faiz müəyyən edilib.

Məlumat üçün bildirək ki, əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir

Saməddin
Tarix: 12 Iyun 2009  |  Baxış sayı: 350




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV