ABŞ prezidenti Barak Obama kiçik biznesə hökumətin maliyyə yardımı çərçivəsində $30 milyard vəsait ayırmağı planlaşdırır. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ hökuməti bu sektorun maliyyələşdirilməsi hesabına ölkə iqtisadiyyatının bərpasını sürətləndirmək niyyətindədir.
Ölkənin xəzinədarlıq sisteminin məlumatına görə, istehlak və biznes sektorunun dəstəklənməsinə 40 milyard ayrılacaq ki, bunun da 30 milyardı birbaşa kiçik biznezə yönəldiləcək.
Proqramın həyata keçirilməsi ilə bağlı yekun qərarın qəbulu gələn il gözlənilir.