“İqtisadi forum” jurnalının məlumatına görə, iyulun 17-də Avropanın Statistika Agentliyi olan Eurostat növbəti hesabatını açıqlayıb. Hesabatda Avropanıın 37 ölkəsində (Rusiya və Ukrayna istisna olmaqla) satılan 2,5 minə qədər əmtəə və xidmətlərin qiymətlərinin müqayisəli təhlili əksini tapıb.
Tədqiqatın nəticəsinə görə, Danimarka ən bahalı ölkə statusunu qazanıb. Bu ölkədə yaşayış Avropa məkanının digər ölkələri ilə müqayisədə orta hesabla 41% bahadır. Məruzədə qeyd olunur ki, Danimarkada ərzaq, rommunal və nəqliyyat qiymətləri bahadır.
Bahalı ölkələr arasında Norveç və İsveçrə də var. Norveçdə orta Avropa qiymətlərindən 39%, İsveçrədə isə 30% çoxdur. Mərkəzi və Şərqi Avropa ölkələrində Sloveniayada, Estoniyada və Latviyada ən yüksək əmtəə qiymətləri qeydə alınıb. Çexiya, Macaristan və Slovakiyada da bahalıq hökm sürür.
Avropanın ən ucuz ölkəsi isə orta Avropa qiymətlərindən 53% aşağı olan Makedoniyadır. Onun ardınca Bolqarıstan (49% aşağı), Ruminya (38% aşağı), Litva (33% aşağı) və Polşa (31% aşağı) gəlir.