Ukraynanın Mərkəzi Bankının valyuta ehtiyatı dekabrda 2,9% və ya $786,16 milyon azalaraq $26,5 milyarda düşüb. “İqtisadi forum” jurnalının Ukraynanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, noyabrda bu göstərici $27,3 milyard təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, valyuta ehtiyatlarının $25,5 milyardı xarici valyuta aktivlərində, $0,03 milyonu BVF-nin ehtiyat mövqeyində, $63,34 milyonu SDR-də, $948,18 milyonu isə qızılda yerləşdirilib.
2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatı 16% və ya $5 milyard azalıb. İlin əvvəlində valyuta ehtiyatının həcmi $31,5 milyard təşkil edib.