Noyabrda bankların zərərinin həcmi 45,7% artaraq 16,72 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, zərərlə işləyən bankların sayı 10-dan 9-a düşüb.
2009-cu ilin dekabr ayının 1-i vəziyyətinə ölkə banklarının əldə etdikləri mənfəətin həcmi 250,9 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2,6% çoxdur. Noyabrda bankların ümumilikdə mənfəəti təxminən 6,5 milyon manat artıb. Mənfəətlə işləyən bankların sayı 36-dan 37-yə yüksəlib. Halbuki bir ay belə bankların sayı 38-dən 36-ya düşmüşdü.
Noyabrda bankların zərərində də xeyli artım müşahidə edilib. Bu müddətdə bankların zərəri oktyabrla müqayisədə 5,25 milyon artaraq 16,72 milyon manat təşkil edib. Bir ay öncə zərərin həcmi 11,47 milyon manat olub. Bu 2008-ci ilin may ayında bəri ən yüksək göstəricidir. Zərərlə işləyən bankların sayı 10-dan 9-a düşüb.
Dekabrın 1-i vəziyyətinə bankların yekun mənfəəti 234,19 milyon manata bərabər olub.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 45-i özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.