Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Hərraca çıxarılan bələdiyyə torpaqlar qiymətləndirilməlidir
İqtisadi Təşəbbüslərə Yardım Birliyi hərrac mexanizminin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr hazırlayıb

“Azərbaycan qanunvericiliyndə satışa çıxarılan bələdiyyə torpaqlarının qiymətləndirilməsi məcburi hal kimi nəzərdə tutulsa da, bu təcrübədə tətbiqini tapmır. Çünki bunun üçün zəruri mexanizm yoxdur”. "İqtisadi forum" jurnalının məlumatına görə, bu fikirləri İTYİB-in eksperti Samir Əliyev yanvarın 15-də keçirilən mətbuat konfransında deyib.

Azərbaycan Media Mərkəzində keçirilən mətbuat konfransında bələdiyyə torpaqlarının satılması və icarə verilməsi mexanizmlərində mövcud olan problemlər və onların aradan qaldırılması ilə bağlı təşkilatın ekspertlərinin hazırladığı tövsiyələrin təqdimatı təşkil edilib

Tədbiri açan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) sədr müavini Rövşən Ağayevin sözlərinə görə, təmsil etdiyi təşkilatın həyata keçirdiyi «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsi çərçivəsində bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və ya icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədqiqat aparıb. Tədqiqat çərçivəsində 14 avqust 2009-cu il tarixində Salyan və Bərdə rayonlarında keçirilmiş hərrac və müsabiqə prosesinin monitorinqi aparılıb, Azərbaycanın qanunvericilik bazası araşdırılıb, beynəlxalq təcrübə öyrənilib, ictimai müzakirələr təşkil edilib, müxtəlif qruplar arasında sorğu və müsahibələr keçirilib.

Birliyin eksperti Samir Əliyevin bildirdiyinə görə, Azərbaycanda bələdiyyə torpaqlarının satışından əldə edilən gəlirlər yerli büdcənin əsas gəlir mənbəyi olub. Əgər 2002-ci ildə bələdiyyə büdcəsinin 17,5%-i torpaq satışı və icarəsi hesabına formalaşırdısa, sonrakı illərdə bu rəqəm artaraq 2004-cü ildə 48,6%, 2005-cildə 55,4%, 2007-ci ildə isə 72% təşkil edib. Ancaq yeni mexanizmin qüvvəyə minməsi ilə əlaqədar torpaq satışı kəskin azalıb. Belə ki, 2008-ci ildə torpaqlarının satışından əldə edilən gəlirlərin payı 43,5%-ə düşüb. 2009-cu ilin 9 ayında bu göstərici 23,6% olub. 2009-cu ilin 9 ayında yerli büdcələrə bələdiyyə torpaqlarının özəlləşdirilməsindən cəmisi 3,7 milyon manat həcmində vəsait daxil olub. Bu isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə azdır.

Ekspertin fikrincə, qanunvericilikdə bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə vasitəsilə satılması mexanizminin tətbiqində əsas məqsəd kimi torpaqdan istifadə və icarə hüquqlarının açıq hərrac və ya müsabiqə yolu ilə alqı-satqısını keçirmək, torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltmək, hüquqi və fiziki şəxslər arasında sağlam rəqabəti təmin etməkdən ibarət olduğu göstərilsə də, Azərbaycanda onun reallaşmasında bir sıra nöqsanlar mövcuddur. Bu nöqsanlar özünü hərrac və ya müsabiqənin bütün mərhələlərində göstərir.

S.Əliyevə görə, hərrac və ya müsabiqələrin keçirilməsi zamanı aşkara çıxan çatışmazlıqlar həm qanunvericilikdən qaynaqlanır, həm də təcrübədə ortaya çıxır. Ekspert probemlər sırasında hərrac və ya müsabiqəyə çıxarılan bələdiyyə torpaqlarının qiymətləndirilməməsini qeyd edib: “Qanunvericilikdə bələdiyyə əmlakının tərkib hissəsi olan torpağın satıılması zamanı onun qiymətləndirilməsi nəzərdə tutulsa da, icra mexanizminin olmaması səbəbindən təcrübədə tətbiqini tapmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixli, 510-IQ saylı Qanununun 5-ci maddəsinin 1-ci bəndinə görə, bələdiyyə əmlakı satıldıqda məcburi qaydada qiymətləndirilməlidir. Ancaq hərrac üçün torpağın ilkin qiymətinin formalaşmasının heç bir konkret mexanizmi yoxdur. “Torpaq bazarı haqqında”qanuna görə, torpaq hərrac və müsabiqədə Nazirlər Kabinetinin müəyyən etdiyi normativdən aşağı satıla bilməz. Hazırda bu normativ torpağın real bazar dəyərindən on dəfələrlə aşağıdır. Hərracda iştirakçılara təqdim edilən torpağın ilkin qiyməti normativ qiymətdən yüksək olsa da, real bazar dəyərindən xeyli aşağı olur”

S.Əliyevə görə, hərrac və müsabiqəyə çıxarılan torpağın ilkin qiymətinin formalaşması mexanizmi ən çox müzakirə olunan məsələlərdən biridir. Belə ki, konkret rayon üzrə sonuncu hərracda torpağın satış qiymətinin növbəti hərrac üçün ilkin qiymət olması mexanizmi narazılıq yaratmaqla yanaşı, hərrac prosesinin baş tutmaması üçün əsas olur. Çünki konkret rayonun mərkəzində yerləşən və dəyəri yüksək olan torpağın hərracından sonra ucqar bir kəndə yerləşən və ucuz olan torpağın hərraca çıxarılması onun ilkin qiymətinin formalaşmasına problem yaradır. Bu isə bəzi hallarda hərracın baş tutmamasına gətirib çıxarır.

Ekspertin fikrincə, hərrac və ya müsabiqəyə çıxarılan bələdiyyə torpağı sənədləşdirilmə zamanı ikiqat rüsuma cəlb edilir. Belə ki, satışa çıxarılan konkret torpaq sahəsi hərrac və ya müsabiqəyə çıxarılmazdan öncə dövlət reyestrinə salınmaq üçün bələdiyyə tərəfindən müvafiq dövlət qurumuna təqdim edilir və bunun üçün vəsait (həm dövlət rüsümu, həm də xidmət haqqı) ödəyir. Hərrac və ya müsabiqənin nəticəsi olaraq həmin torpaq sahəsini almış şəxs yenidən həmin proseduru keçir və təkrar olaraq eyni həcmdə vəsaiti (həm dövlət rüsümu, həm də xidmət haqqı) ödəyir. Sonda bir torpaq sahəsi üçün 2 dəfə vəsait ödənilir.

Hərrac Komissiyasının tərkibi narazılıq doğuran hallardan biridir. 5 nəfərdən ibarət Komissiya üzvlərinin yalnız 1-i ictimaiyyəti təmsil edən nümayəndədir. Ancaq monitorinqin nəticəsi göstərdi ki, həmin şəxs bir qayda olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Apardığımız sorğuların, müsahibələrin nəticəsi göstərir ki, bələdiyyələr Komissiyanın tərkibi ilə razı deyillər

S.Əliyev çıxışında bələdiyyə torpağının hərraca, yoxsa müsabiqəyə çıxarılmasını nəzərdə tutan hüquqi norma və mexanizmlər mövcud olmadığını bildirdi. “Azərbaycan qanunvericiliyində torpağın hansı halda hərraca, hansı halda isə müsabiqəyə çıxarılmalı olduğunu nəzərdə tutan hüquqi norma mövcud deyil. Qanunvericilikdə bu fərq yalnız texniki xarakter daşıyır. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”nın 4-cü bölməsi müsabiqələrin, 5-ci bölməsi isə hərracların keçirilməsi qaydalarına həsr olunub. Qanunvericilikdə hər iki prosesin fərqli cəhətləri əksini tapsa da, bu prosesin torpağın təyinatı ilə heç bir əlaqəsi yoxdur. Halbuki xarici təcrübədə torpağın hərraca, yoxsa müsabiqəyə çıxarılması torpağın təyinatından (yaşayış və ya sahibkarlıq məqsədləri üçün) birbaşa asılıdır. Apadığımız tədqiqatın nəticəsi göstərir ki, bələdiyyə torpağının hərrac, yoxsa müsabiqə vasitəsilə satılması və ya icarəyə verilməsi yerli özünüidarə orqanı tərəfindən müəyyən olunur. Torpağın təyinatı (sahibkarlıq və ya yaşayış evi) onun satılma üsulu (hərrac və ya müsabiqə) üçün əsas deyil” – deyə əlavə edib. Onun sözlərinə görə, torpaq satışında müsabiqənin payı getdikcə artır: “Yeni mexanizm qüvvəyə mindikdən sonra ölkə üzrə bələdiyyə torpağının satışı və ya icarəsi prosesinin yalnız 14%-ü hərrac vasitəsilə həyata keçirilib. Bu torpaqların 86%-i müsabiqə vasitəsilə satılıb. Məsələn, 2009-cu ildə Abşeron rayonu üzrə 326 müsabiqə keçirildiyi halda, cəmisi 3 hərrac təşkil edilib. Müsabiqələrin sayının artmasını və bələdiyyələrin bu metoda üstünlük verməsini hərrac mexanizminin nisbətən ictimaiyyətə daha açıq olması və rəqabət imkanlarının daha real olması ilə əlaqələdirmək olar.”

Bundan başqa ekspert əhalinin məlumatlara əlçatanlıq səviyyəsi qənaətbəxş olmadığını, hərrac və müsabiqələr barədə məlumatların tam dərc olunmadığını,rəqabət mühitinin olmamasını, hərrac və müsabiqələrin formal keçirildiyini bildirdi.

S.Əliyev təmsil olunduğu təşkilat tərəfindən hazırlanan Tövsiyələri mətbuat işçilərinin diqqətinə çatdırdı. Onun sözlərinə görə, tövsiyələrdə torpağın hərraca çıxarılmamışdan öncə qiymətləndirici şirkətlər tərəfindən qiymətləndirilməsi, hərrac komissiyalarının tərkibinin dəyişilməsi, hərrac və müsabiqələrin keçirilməsi üçün hüquqi normaların yaradılması, satışa çıxarılan torpaqlar haqqında məlumatlar əks olunan internet portalının (www.herrac.az) yaradılması və s. kimi təkliflər irəli sürülüb.

Tarix: 15 Yanvar 2010  |  Baxış sayı: 2398




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV