Avrozonanın xarici ticarət balansının profisiti €800 milyon azalıb
2009-cu ilin noyabr ayında Avrozonaya daxil olan ölkələrin xarici ticarət balansının profisiti 800 milyon azalaraq 3,9 milyard avroya düşüb. “İqtisadi forum” jurnalının Eurostat agentliyinə istinadən verdiyi məlumata görə, oktyabrda bu göstərici 4,7 milyard avro təşkil edib.
Avrozonaya daxil olan 16 ölkənin ixracı noyabrda 0,4% azalaraq 108 milyard avroya düşüb. İdxal isə bu müddətdə 0,3% artaraq 104,1 milyard avroya qalxıb.
Avropa Birliyinə daxil olan 27 ölkənin xarici ticarət balansının kəsiri noyabrda 6,3 milyarddan 6,1 milyard avroya düşüb. Avropa Birliyinin ixracı hesabat ayında 1,9% artaraq 94 milyard avroya, idxalı isə 1,5% artaraq 100,1 milyard avroya yüksəlib.