ABŞ-ın büdcə kəsiri 2009-cu ilin dekabrında $91,854 milyard təşkil edib ki, bu da əvvəlki ilin analoji göstəricisindən çoxdur. “İqtisadi forum” jurnalının ABŞ-ın Xəzinədarlıq İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2008-ci ilin dekabr ayında kəsirin həcmi $51,754 milyard olub.
Bununla da büdcə kəsiri 15 aydır ki, ardıcıl olaraq qeydə alınır. Oktyabrın 1-də başlayan cari maliyyə ilinin birinci rübündə büdcə kəsiri $388,5 milyarda çatıb.
Dekabr ayında ABŞ-n federal büdcəsini gəlirləri $219 milyard, xərcləri isə $311 milyard təşkil edib.