Britaniyanın “Autocar” nəşri son 10 ildə dünya üzrə istehsal edilən ən uğursuz avtomobillərin siyahısını tərtib edib. “İqtisadi forum” jurnalının məlumatına görə, reytinq hər hansı avtomobil modelinin illik satış həcmi əsasında hazırlanıb.
Nəşr şirkətin hər il satmaq üçün planlaşdırdığı avtomobillərin sayını faktiki olaraq satılanlarla müqayisə edib.
"Renault Vel Satis" markalı avtomobillər bazarda 2002-2005-ci illərdə satılıb. İstehsalçı şirkət hər il 3500 ədəd avtomobil satmağı planlaşdırsa da, 4 il ərzində cəmisi 1404-ü satılıb. Uğursuzluğun səbəbi maşının xarici görünüşü ilə bağlı olub.
“Fiat” şirkəti “Croma” modelini 5-6 min ədəd satmağı planlaşdırmışdı. Ancaq 2005-2008-ci illərdə satışın həcmi 1368 ədəd olub.
"Peugeot 1007" maşınlarının 2005-2008-ci illərdə hər il 17 min ədəd satılması planlaşdırılsa da üst-üstə 8036 avtomobil satılıb.