2009-cu ilin noyabrında ÜDM-in həcmi 29,7 milyard manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 5 milyard manat azdır. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2008-ci ilin noyabr ayında bu göstərici 34,7 milyard manat təşkil edib.
Noyabrda qeyri-neft ÜDM-i 13,2 milyard manat olub. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4% və ya 1 milyard manat çoxdur.
Noyabr ayında ÜDM-in artım tempi 9%, qeyri-neft ÜDM-nin artım tempi 1% olub.
Qeyri-neftin ÜDM-də payı 2008-ci ilin noyabr ayı ilə müqayisədə artaraq 35,2%-dən 44,6%-ə yüksəlib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə noyabrda əsas kapitala investisiyanın həcmi 19% və ya 1,5 milyard azalaraq 6,4 milyard manata düşüb. İnvestisiyanın artım tempi 18,8% azalıb.