“İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın “The Daily Telegraph” qəzeti internet şəbəkəsində ən geniş yayılmış parolların siyahısını dərc edib. Bu məlumatlar 32 milyon parolun analizi nəticəsində kompüter təhlükəsizliyi üzrə ixtisaslaşan İmperva şirkətindən tərəfindən təqdim edilib.
Siyahıda ilk üç yeri qəliz olmayan rəqəmlərin kombinasiyasından ibarət «123456», «12345» və «123456789» parolları tutub. Dördüncü yeri «password» (parol) sözü tutub. «iloveyou» (mən səni sevirəm) frazalı parol beşinci ən geniş yayılmış parol olub. «Princess» altıncı, «rockyou» isə yeddinci yeri tutub.
«1234567» və «12345678» rəqəmlərinin kombinasiyasından yaradılmış parol uyğun olaraq səkkizinci və doqquzuncu olub. Sonuncu yerdə isə “abc123” parolu gəlir. |