2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 354 səhmdar cəmiyyəti barədə 215 şikayət daxil olub. Bu, 2008-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6 faiz çoxdur. “İqtisadi forum” jurnalı bu barədə Komitəyə istinadən məlumat verir.
Komitənin məlumatına görə, araşdırma nəticəsində 109 səhmdar cəmiyyətinin fəaliyyətində qanun pozuntusu aşkar olunub və buna görə də inzibati məsuliyyətə cəlb edilib. Bundan əlavə, 2008-ci ilin nəticələrinə dair illik hesabatı Komitəyə təqdim etmədiyi üçün 157 səhmdar cəmiyyətinə inzibati cərimə tətbiq edilib.
Ümumilikdə 69 min 200 manat məbləğində 266 inzibati cərimə tətbiq edilib. Bundan əlavə, 153 səhmdar cəmiyyətinə fəaliyyətlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması haqqında məcburi göstərişlər verilib.