“İqtisadi forum” jurnalının “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, fevral ayının 1-dən “109” sorğu xidməti ödənişli olacaq.
Birliyin məlumatında bildirilir ki, Tarif Şurasının qərarına əsasən, əhali üçün bir sorğuya görə xidmət haqqı 20 qəpik, idarə və müəssisələr üçün isə 40 qəpikdir.
Xidmətdən istifadə üçün “012 109” yığılmalıdır.
Məlumat üçün bildirək ki, 109 pulsuz məlumat xidməti şənbə-bazar günləri istisna olmaqla hər gün saat 8:00 – 14:30-dək pulsuz xidmət göstərir.