Məşhur avtomobil sənayesi nəhəngi olan Toyota Motor Corp. Yaponiyanın ən yaxşı qlobal brendi adına layiq görülüb. Onun dəyəri 2010-cu ildə $30,5 milyard məbləğində qiymətləndirilib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Interbrand Japan Inc. konsaltinq firmasının apardığı tədqiqatda qeyd edilir.
Tədqiqata görə, ikinci ən yaxşı yapon brendi $18,2 milyard dəyəri olan Honda Motor konserni hesab edilir. Elektronika nəhəngi Sony Corp şirkəti üçüncüdür və $12 milyard dəyərə malikdir.
Toyota ətn il də birinci olub, ancaq ötən illə müqayisədə onun dəyəri xarici bazarlarda satışın azalması hesabına 3% ucuzlaşıb. Hondanın dəyəri isə əksinə motosiklların satışı hesabına 3% bahalaşıb.
Siyahıda olan 30 yapon şirkətindən 24-ü qlobal maliyyə böhranı səbəbindən dəyərini itirib.