2009-cu ildə ÜDM-in həcmi 34,7 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 13,8% və ya 5,5 milyard manat azdır. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2008-ci ildə ÜDM-in həcmi 40,14 milyard manat təşkil edib.
Ötən il qeyri-neft ÜDM-i 13,7 milyard manat olub. Bu isə əvvəlki illə müqayisədə 3,2% və ya 486 milyon manat çoxdur.
2009-cu ildə ÜDM-in artım tempi 9,3%, qeyri-neft ÜDM-nin artım tempi 3,2% olub.
Qeyri-neftin ÜDM-də payı 2008-ci illə müqayisədə artaraq 37,9%-dən 45,3%-ə yüksəlib. Bu artım ÜDM-in 14% azalması hesabına baş verib.