“İqtisadi forum” jurnalının məlumatına görə, “Sarafan radio” sosial marketinq laboratoriyası 2010-cu ilin yanvar ayı üzrə dünyada ən çox ziyarət olunan saytların reytinqini tərtib edib.
Reytinqdə olan 20 sayt sosial şəbəkəyə və ya Veb 2.0 resursuna malikdir. Dünyada ən populyar saytın 40%-i Veb 2.0-nin funksiyalarını öz resurslarına daxil edən sosial şəbəkə və portallardır.
MySpace sosial şəbəkəsi 2009-cu ildə populyarlığını bir qədər itirib. Şəbəkə əsas rəqibi olan Facebooka mübarizədə uduzub.
50 ən populyar saytın 12-sini Google şirkətinin müxtəlif ölkələrdə fəaliyyət göstərən filialları təşkil edir. Yahoo axtarış sistemi isə 2 yerlə (əsas və Yaponiya filialı) təmsil olunur.
Siyahıda əsasən ABŞ saytları üstünlük təşkil edir. Çinin 6 (sohu.com, 163.com, taobao.com, sina.com.cn, qq.com, baidu.com) , Rusiyanın 4 (yandex.ru, mail.ru, vkontakte.ru, odnoklassniki.ru), Yaponiyanın 1 (fc2.com), İngiltərənin 1 (bbc.co.uk) saytı reytinqə düşə bilib.