Ölkədə 46 bank fəaliyyət göstərir
|
Onların filiallarının sayı 613-dür
2009-cu il iyul ayının 1-nə olan məlumata görə, 142 kredit təşkilatının bank əməliyyatları aparmaq üçün müvafiq lisenziyasa var ki, bunların da 96-sı bank olmayan kredit təşkilatlarıdır. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.
Bu tarixə ölkədə lisenziya almış bankların sayı 46 olub ki, onların da 1-i dövlət, 45-i isə özəldir. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərir. Hazırda xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların cəmisi 2 yerli filialları mövcuddur.
Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 613-ə bərabər olub. Filialların 38-i dövlət, 575-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 38-ə, bank şöbələrinin sayı isə 106-ya bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.
|
| Tarix: 16 Avqust 2009 | Baxış sayı: 289 |
|