BVF: Mərkəzi banklar uçot dərəcələrini aşağı səviyyədə saxlamalıdırlar
BVF-nin baş iqtisadçısı Oliver Blanşar Fransanın Les Echos qəzetinə açıqlamasında bildirib ki, dünyanın mərkəzi bankları uçot dərəcəsini maksimum aşağı səviyyədə saxlamaqda davam etməlidirlər.
“İqtisadi forum” jurnalının məlumatına görə, Blanşer qeyd edib ki, istehlak tələbatı bərpa olunmayadək dərəcələrin qaldırılması baş verməməlidir.
Onun sözlərinə görə, bəzi Avropa ölkələri, o cümlədən Portuqaliya, İspaniya və Yunanıstan üçün yaxın illər ağır keçəcək. “Ola bilsin ki, dövlət sektorunda maaşlar ixtisar olunsun. Ancaq bu o demək deyil ki, Avrozona dağılmaq riski ilə üzləşib” – deyə əlavə edib.
Blanşarın fikrincə, bu müddətə qədər Çin yuanı möhkəmlənməsinə və xarici tələbatın artımının səngiməsinə imkan verməlidir. Digər tərəfdən, Blanşara görə, Çin valyutasının möhkəmlənməsi varlı dövlətlərdə güclü artımın təmin olunmasına çətin ki, kömək etsin.