2009-cu ilin dekabrında ölkə üzrə orta aylıq əmək haqqı 298 manat olub. Bununla da il ərzində orta aylıq maaş 30 manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2008-ci ilin müvafiq dövründə bu göstərici 268 manat təşkil edib.
Ötən il orta aylıq əmək haqlarının artım tempində azalma müşahidə edilib. Yanvarda bu göstərici 26,5% olduğu halda il ərzində azalma tendensiyası olub. Dekabrda orta aylıq əmək haqqının artım tempi 8,6% olub.
2009-cu ilin mayında orta aylıq əmək haqqı 298 manat yüksəlsə də, 4 ay sonra - sentyabrda 296 manata düşüb. 3 aylıq fasilədən sonra isə dekabrda yenidən əvvəlki səviyyəyə - 298 manata qalxıb.