Avrozonada baş verən avronun dəyərdən düşməsini sürətləndirəcək və Avropanın vahid valyutası ilin sonuna kimi ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bir sıra analitiklər bu proqnozla çıxış edib.
Avronun perspektivindən narahatlıqlarını bildirən Morgan Stanley bankının valyuta analitikləri hesab edir ki, Yunanıstanda baş verənlər digər ölkələrə yayılmaq təhlükəsi səbəbindən Avrozonada gərginlik yaratmaqda davam edir. Banka görə, İspaniya, İtaliya və Portuqaliya pis vəziyyətə düşə bilər. Çünki uzaq olmayan keçmişdə bu dövlətlərdə müəyyən geriləmə müşahidə edilib və onlar böyük çətinlikdə iqtisadi artım tempinə görə Almaniya və Fransaya uyğunlaşa biliblər.
Analitiklər hesab edir ki, İtaliya və İspaniya məhsuldarlığı və rəqabət qabiliyyətini artırmazdan öncə çətin deflyasiya mərhələsini adlamalıdır. Çünki onların valyuta məzənnəsinə ümid etmək imkanları tükənib. Təbii ki, belə perspektivlər Avropa valyutasına təyqizsiz ötüşmür.
Bankın yeni proqnozuna görə, avronun ABŞ dollarına olan məzənnəsi ilin sonuna kimi 1,24-ə düşəcək. Halbuki əvvəlki proqnozda bu göstərici 1,32 dollar idi.
UBS bankının valyuta strateqləri hesab edir ki, Yunanıstanın büdcə kəsiri azalmaq planı ilə bağlı Avropa Birliyi rəsmlərinin açıqlamaları investorları sakitləşdirməyib. Banka görə, Avrozonaın problemləri həllini tapmayıb və problemli ölkələrdə hadisələrin bu istiqamətdə inkişafı yaxın zamanlarda da davam edəcək. Bu isə avronun gələcək taleyini riskə qoyur. Bankın proqnozuna görə, avro dollara nisbətən 1,4010 səviyyəsində qalacaq və bir müddətdən sonra 1,35 səviyyəsinə düşəcək.
Commerzbank da avronun ucuzlaşacağını açıqlayıb. Bank analitiklərinin proqnozuna görə, avro 1,3405 dollar səviyyəsinə görə ucuzlaşa bilər.