Hazırda bankların xilası üçün ümumi yanaşma həyata keçirilib. Bu təcrübə gələcəkdə tətbiq edilməməlidir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun yüksəkçinli nümayəndəsi açıqlama verib.
“Ekspertlərin gəldiyi qənaətdən biri də budur ki, bankların xilası tədbirlərindən imtina edilməlidir. Fikrimcə, hamımız bununla razılaşarıq”, - deyə BVF-nin sərəncamverici direktorunun birinci müavini Con Lipsli Hindistanın Mərkəzi Bankı tərəfindən təşkil edilmiş görüşdə çıxışı zamanı bildirib.
Tədbirdə iştirak edən Sent-Luisin Federal Ehtiyat Bankının sabiq rəhbəri Vilyam Pul bu fikri dəstəkləyib. Pula görə, Birləşmiş Ştatlar problemli bankları xilas planından əl çəkməlidir.