Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



DÖVLƏT ALİ TƏHSİL SİSTEMİNDƏ XAOS
Tarif Şurasının müəyyənləşdirməli olduğu təhsil haqları barədə hökmləri rektorlar verir
 
Müstəqillik tariximizdə hüququn acizliyinin, ölkənin ali silkin iradəsilə idarə olunmasının «meyvələri»indən hamımıza pay düşüb. Əgər ölkədəki özbaşnalığın zərbəsini hələ də dadmayanlar varsa, sadəcə onlara növbə yetişməyib. Bu tarixi qanunauyğunluqdur: şahın qanun olduğu bütün məmləkətlərdə üstün imtiyazlar ən yaxşı halda cəmi bir neçə nəfərə məxsus olur.   
   
İndi bizim ölkəmizdə hüquq elminin, hüquqi sistemin acizliyi yalnız mülkü əlindən alınan, siyasi baxışlarına görə şərlənib həbsə atılan, haqsız rəqabətlə sahibkarlıq meydançalarından qovulan, küçələrdə evsiz dolaşan, kasıbçılığın zülmünü çəkə-çəkə  yoxsulluq müavinətinə həsrət qalan insanların çarəsizliyilə asossiasiya olunmur. Yeni azərbaycanlılarınsıravi həmvətənləri neçə illərdir dövlət ali təhsil sistemində hökm sürən xaosun zərbəsini dadır. «Toxun acdan xəbəri yoxdur» prinsipi bu sahədə bütün gücü ilə işləyir. Məhz elə bu səbəbdən ABŞ-ın və Avropanın nüfuzlu universitetlərində övladlarına gələcək quran ali ranqlı məmurların milli təhsil sisteminə münasibətini anlamaq çətin deyil. Dövlət ali məktəblərində ödənişli tələbə hazırlığı ilə bağlı baş verənləri də qeyri-peşəkarlıqdan daha çox biganəlik və təhsilə qazanc mənbəyi kimi baxmağın məntiqi sonluğu kimi yozmaq lazımdır. Ali təhsili kommersiyalaşdırıb ticari münasibətlərin subyekti kimi alver predmetinə çevirənlər sonda bu sferanın öz strateci statusunu itirəcəyinə göz yumublar.
Dövlət ali təhsil sisteminin, xüsusilə də ödənişli təhsilin hüquqi tənzimlənməsi sahəsində kifayət qədər ciddi problemlər var. Bu problemlər insanların, ələlxüsus sosail baxımdan zəif təbəqələrin ali təhsilə barəbər çıxış imkanlarını məhdudlaşdırır, təhsillə bağlı konistitusion hüquqların pozulmasına şərait yaradır. Pullu təhsilin əsas problemlərini hər kəs bilir və fərdi qaydada kifayət qədər rəylər var. Amma nədənsə bu problemlərin ictimailəşməsinə heç bir qüvvə maraq nümayiş etdirmir. İlk baxışdan sadə görünən əsas sullara cavab axtaraq. 
 
Təhsil haqlarını kim müəyyən etməlidir?
 

Qüvvədə olan qanunvericiliyə əsasən dövlət ödənişli təhsil sistemində təhsil haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Belə ki, «Tənzimlənən qiymətlər haqqında» Qanunun 2.1.4-cü maddəsinə əsasən, tənzimlənən qiymətlərin səviyyəsini müvafiq icra hakimiyyəti müəyyən etməlidir. Bu qanunun 5-ci maddəsi qiymətlərin tənzimlənməsi sahəsində dövlətin vəzifələrini müəyyənləşdirir və həmin maddənin 3-cü bəndində qeyd olunur ki, tənzimlənən qiymətlərin təsdiqi, tətbiqi və dəyişdirilməsi bilavasitə dövlətin vəzifəsidir. Ölkə başçısının 26 dekabr 2005-ci il tarixli fərmanı ilə təsdiqlənmiş Tarif (qiymət) Şurası haqda Əsasnamənin 2.1.1-ci maddəsinə görə, tənzimlənən qiymətlər üzrə tənzimləməni Şura həyata keçirməlidir. Nəhayət, Nazirlər Kabinetinin «Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı haqqında» 28 sentyabr 2005-ci il 178 saylı qərarında 39 növ məhsul (xidmət) müəyyən olunub. Həmin siyahının 15-ci sırasında qeyd olunur: «Dövlətə məxsus təhsil sahəsində xidmətlər (ali məktəblərin müxtəlif pillələrinə və orta təhsil bazasında orta ixtisas məktəblərinə tələbə qəbulu zamanı abituriyentlərdən sənədlərin götürülməsi, ödənişli əsaslarla kadr hazırlığı (ali bakalavr, magistratura, ikinci təhsil), orta ixtisas və peşə təhsili».

 
Beləliklə, qüvvədə olan normativ-hüquqi aktlar aşkarca deyir ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Amma Şuranın 23 iyul 2004-cü ildən 31 iyul 2009-cu ilədək qəbul etdiyi 55 qərar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur. Əldə olunan məlumata görə təhsil haqları dövlət ali təhsil müəssisələrinin rektorlarının əmrilə təsdiqlənir. Bəs onda dövlət başçısının, baş nazirinin imzaladığı fərman və sərəncamlar, millət vəkillərinin səs verdiyi qanunlar kim və nə üçündür? Təhsil sahəsində dövlət nəzarətini həyata keçirməyə məsul olan Təhsil Nazirliyi buna göz yumursa, deməli bu işdə onun da maraqları var. Məsələ burasındadır ki, «Tənzimlənən qiymətlər haqqında» Qanunun 9-cu maddaəsinə görə qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullara (xidmətlərə) sərbəst qiymət təyin olunması hüquqi məsuliyyət doğurur və həmin qiymətləri Tarif Şurası ləğv  etməlidir.

             
Altı ildə təhsil haqları orta hesabla 3 dəfəyədək artıb  

Dövlət ali təhsil məktəblərinin sərbəst tarif siyasətinin qarşısına çıxan yoxdur və bu səbəbdən onlar özlərini suda balıq kimi rahat hiss edirlər. 2003-2009-cu illərdə təhsil haqlarının orta hesabla 3 dəfəyədək artması da məhz elə hüquqi xaosun nəticəsidir. Ölkənin bir neçə nüfuzlu dövlət ali məktəblərinin timsalında apardığımız araşdırmalara diqqət yetirin. 2003-cü ildə Bakı Dövlət Universitetininin (BDU) 1-ci ixtisas qruplarında təhsil haqlarının minimum həddi 260, maksimum səviyyəsi 300 manat, 2008-ci ildə həmin rəqəmlər uyğun olaraq 400-800 manat təşkil edib. 2009-cu ildə həmin tariflər yenidən artırılıb və 500 (minimum) – 900 (maksimum) səviyyəsinə çatlırılıb. Eyni vəziyyət BDU-nun bütün ixtisas qruplarında müşahidə olunub. İknici qrup üzrə tariflər 2003-cü lidə 360-1000 manat, 2009-cü ildə 600-1300 manat (ötən il 500-1200 manat), üçüncü qrup üzrə tariflər 2003-cü lidə 260-1100 manat, 2009-cü ildə 500-1700 manat (ötən il 400-1500 manat), dördüncü qrup üzrə tariflər 2003-cü ildə 300-460 manat, 2009-cü ildə 700-900 manat (ötən il 500-800 manat) səviyyəsindədir. Eyni intervllarda artım Dövlət İqtisad, Pedoqoci, Memarlıq və İnşaat, Aqrar və başqa universitetlərdə də mövcuddur. Məsələn, əgər 2003-cü ildə İqtisad Universitetində ödənişli ixtisaslara qəbul olunmuş bir tələbəyə düşən orta təhsil haqqı 520 manat idisə, bu il həmin göstərici 1300 manata təşkil edəcək (ötən il 1200 manat olub).  

 
Təhsil haqlarının səviyyəsi ödənişli təhsilin nisbəti hansı meyarlarla müəyyənolunur

Azərbaycan bir çox sahələrdə olduğu kimi pullu təhsilin tətbiqində də Rusiya modelini seçib. Bu ölkədə təhsil alan bütün tələbələrin 57 faizi, o cümlədən dövlət ali təhsilində oxuyanların 52 faizi ödənişli ixtisasların payına düşür. Təhsil haqları da kifayət qədər yüksəkdir. Məsələn, bu ölkədə Harvardın tariflərilə (təxminən 10-12 min dollar) tələbə qəbul edən təhsil ocaqları var. Əhalisinin yaşayış səviyyəsinə (əmək haqqının, adambaşına milli gəlirin) görə Rusiya və Azərbaycanı azı 15-20 dəfə geridə qoyan inkişaf etmiş Avropa ölkələrinin bir çoxunda ya dövlət təhsili bu ölkələrin öz vətəndaşları üçün tam pulsuzdur, ya da təhsil haqları olduqca azdır (məsələn, indi Azərbaycanda əhalinin ödədiyi haqlara yaxın bir məbləğ). Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə dövlət univiresitetləri tam pulsuzdur. Çexiyada hökumət 2011-ci ildən sonra bu məsələni nəzərdən keçirməyi planlaşdırır. Almaniyada 2006-cı ildən dövlət təhsil müəssisələrində ödəniş tətbiq olunur. Amma ödənişlərin məbləği elə də yüksək deyil – hər semestr üçün 200-300 avrodan 500 avroyadək (illik orta hesabla 500-1000 avro). Avropanın çox nüfuzlu təhsil ocaqlarından olan Berlin Texniki Univiresitetində bir semestr üçün təhsil haqqı cəmi 250 avrodur. Hazırda bu ölkədə dövlət universitetlərində təhsil alanların heç təxminən 15-20 faizi ödənişli əsaslarla oxuyur.

Azərbaycandan fərqli olaraq bu ölkələrin hərəsinin bir neçə universiteti dünya univiresitetlərinin reytinq cədvəlinə düşüb. Məzunların əhəmiyyətli hissəsi (azı 70-75 faizi) təhsilin başa vuran kimi öx ixtisasları üzrə işə cəlb olunur və onların illik qazancları bir illik təhsil haqlarını azı bir neçə dəfə üstələyir. İnkişaf etmiş ölkələrdə dövlət öz təhsil sistemində təhsil haqlarının səviyyəsini və ödənişli təhsilin payını müəyyən edərkən ilk növbədə özünün strateci maraqlarını, sonra isə əmək bazarının yuxarıda sadaladığım tələblərəni nəzərə alır. Bəs bizdə hansı meyarlar əsas götürülür? Diplomları Biləcəridən o tərəfə tanınmayan təhsil ocaqlarında ödənişli yerlərin sayı təhsil haqlarına mütənasib artır. Dövlət universitetləri plan yerlərini büdcənin yox, ödənişli ixtisaslar hesabına həyata keçirirlər. Axır 5 ildə ali məktəblərə qəbul planı 1200 nəfərədək artıb. Bu artım yalnız dövlət ödənişli təhsili sayəsində təmin olunub. Belə ki, 2004-2009-cu illərdə dövdət ali təhsil müəssisələrinin ödənişli ixtisasları üzrə plan yerləri 12 800 nəfərdən 14391 nəfərə yüksəlib. Bununla da dövlət sektorunda ali təhsil alanlar içərisində pulla oxuyanların xüsusi çəkisi 54 faizdən 58 faizə, öz növbəsində özəl sektor da nəzərə alınmala ödənişli təhsil alanların payı isə 61 faizdən 63 faizə çatıb. Göründüyü kimi, ölkədə ali təhsil alan hər üç nəfərdən ikisi öz cibinin pulu ilə oxumalıdır. Pulun yoxdursa, oxuma. Hazırkı ali təhsil sistemi məhz bu prinsip üzərində qurulub.

 
Ödəniş siyasəti: nəyi dəyişməli?
 

Avropa Birliyinin «Lissabon strategiyası»nın tələblərinə görə 10 il ərzində üzv dövlətlərin hamısında ali təhsil sistemi elə qurulmalıdır ki, hər bir vətəndaşın ali təhsilə və peşəkar hazırlığa bərabər çıxışı təmin olunsun. Bu baxımdan Avropa ölkələri üçün əsas öhdəliklərdən biri dövlətin təhsilin, o cümlədən ali təhsilin yükünü öz çiynində daşımasıdır. Hazırda bu ölkələrdə ali təhsilə dövlətin çəkdiyi xərclərin ÜDM-də payı 1-1,5 faiz təşkil edir. Azərbaycanda isə anoloci göstərici 0,5 faizdən də azdır. Avropa ölkələrində ictimai univiresitetlərin xərclərinin azı 90 faizi dövlətin üzərindədir və qeyd olunduğu kimi onların xeyli hissəsi öz vətəndaşlarıdan təhsil haqqı almır. Amma, məsələn, 2008-ci ildə BDU-nun büdcəsi prezident fondundan ayrılan 4,6 milyon, investisiya xərcləri çərçivəsində ayrılan 3 milyon manatla birgə təxminən 25 milyon manat təşkil edib. Onun ümumi büdcəsinin azı beşdə biri, tələbə bazasının isə 55 faizi ödənişli təhsil hesabına formalaşıb. Bu il dövlət ali məktəblərinin ödənişli mənbədən gəlirləri indiki yüksək tariflərlə belə 70 milyon manatı ötməyəcək. Əgər hökumət ali təhsilə dövlət xərclərinin ÜDM-də payını 1 faizə çatdırsa, o zaman büdcədən təxminən əlavə 150 milyon manat xərcləmək lazım gələcək. Bu əhalinin hazırda ödədiyi məbləğdən 2 dəfə çox olmaqla yanaşı dövlətin cari imkanları müqabilində böyük vəsait də deyil. Hələ onu demirəm ki, qərb ölkələrindəki kimi özəl universitetlərin də inkişafına dövlət öz maliyyəsini əsirgəməməlidir. Ötən il dövlət ali məktəblərinin ödənişli ixtisaslarına qəbul edilən 13,5 mindən artıq tələbənin 16 faizi və ya 2,2 min nəfəri 500-dən artıq bal toplayan uşaqlar olub. Təsəvvür edin, öz hesabına yaşayan özəl ali məktəblərin bir çoxu 500-dən artıq bal toplayan tələbələri qismən və ya tamamilə təhsil haqqından azad edir, amma dövlət onlardan bir manatını da keçimir. Dövlət özünün ali məktəblərində ödənişli təhsillə bağlı dəqiq stanadartlar müəyyən etməlidir. Əvvəla, maksimum balın (700) azı 65 faizindən (450) yüksək toplayan bütün abituryentlərin pulsuz təhsil almasına dövlət zəmanət verməlidir. Başqa tərəfdən, həmin səviyyədən aşağı bal toplayanlar üçün ödənişli təhsil saxlanacağı tədqirdə ödəniş məbləğlərinin müəyyən olunması sahəsində hazırkı özbaşınalıqlar aradan qalxmalıdır. Təhsil haqlarının maksimum məbləği, aşağı və yuxarı məbləğlər arasında nisbət, təhsil haqlarına yenidən baxılması zərurəti və bu baradə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması qaydaları hüquq əsaslara söykənməlidir. İndiki ödəniş siyasəti oğurluq işə bənzəyir. Hər il təhsil haqları dəyişir, amma insanlar bundan son anda xəbər tuturlar.  

 
Beləliklə, bu yazı üçün ən yaxşı sonluq Moskva Dövlət Universitetinin rektorunun hələ 2003-cü ildə ödənişli təhsilin əleyhinə səslənirdiyi fikrlərdir. MDU rəhbəri təhsilə gəlir mənbəyi kimi baxan rektor-həmkarlarına və onları dəstəkləyən səlahiyyətli məmurlara xitabən deyir ki, təhsil xidmət deyil, o cəmiyyətin strategiyasıdır və bu səbəbdən təhsilə özü-özünü maliyyələşdirən sfera kimi baxmaq cəhdi kökündən səhvdir. Rektor əleyhdarlarına ali təhsildən pul qazanmağı ağıllarına belə gətirməyən Niderland, İsveç və Fransandan ibrət götürməyi məsləhət görür.                        
 
 
Tarix: 21 Avqust 2009  |  Baxış sayı: 469




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV