Ötən il dünya bazarlarında qızılın təklifi 11% artsa da, tələbat 11% azalıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dünya Qızıl Şurası (World Gold Council) hesabat yayıb.
Şuranın hesabatında qeyd edilir ki, 2009-cu ildə dünya bazarlarına qızıl tədarükü 3,89 min ton təşkil edib. Halbuki 2008-ci ildə bu göstərici bir qədər az – 3,513 min ton olub. Qızıla tələbat isə əksinə azalıb. Belə ki, 2008-ci ildə tələbat 3,806 min ton olduğu halda, 2009-cu ildə azalaraq 3,386 min tona düşüb.
Ötən il qızıl istehsalı 6% artıb və 2,544 ton təşkil edib. Qızıl lomu isə 27% artaraq 1,549 min tona yüksəlib. Mərkəzi Banklar tərəfindən satılan qızılın həcmi 81% azalaraq 44 tona düşüb.
Hesabat dövründə zərgərlik sektoru tərəfindən qızıl alışı 20% azalıb və 1,747 min tona enib. Sənaye sektoru və stomatologiya sferası 16%, qızıl sikkələrin və külçələrin investisiya məqsədilə alışı 32% azalıb.