2009-cu ildə “İpək yolu” dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 47,4 milyon ton yük, 206,7 milyon sərnişin daşınıb. Yüklərin 40,6%-i dəmir yolu, 42,5%-i avtomobil, 16,9%-i dəniz nəqliyyatı ilə daşınıb və bu, ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 25%-ni təşkil edib.
“İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi əvvəlki illə müqayisədə 12,4% artaraq 13,2 milyon ton təşkil edib. Daşınmış yüklərin 48,6%-i dəmir yolu, 51,4%-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib. 2009-cu ildə daşımalardan 278,1 milyon manat gəlir əldə edilmiş, gəlirlərin 42,2%-i dəmir yolu, 23,2%-i dəniz, 34,5%-i isə avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində əldə edilib.