Wal-Mart supermarketlər şəbəkəsi Britaniyanın Brand Finance şirkətinin versiyası üzrə dünyanın ən bahalı brendi olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu ticarət nişanın dəyəri $41,4 milyard qiymətləndirilir.
Ötən dəfə 5-ci olan Google markası bu il ikinci ən bahalı brend dına layiq görülüb. Google axtarış sisteminin dəyəri il ərzində $5 milyard artaraq $29,3 milyarddan $36,2 milyarda yüksəlib.
Coca-Cola şirkətinin ticarət nişanı bu il mövqeyi bir pillə itirərək $34,8 milyard dəyərlə üçüncü olub.
Dördüncü və beçinci yerləri İBM və Microsoft şirkətləri tutub. Bu şirkətlərin brendləri müvafiq olaraq $33,7 milyard və $33,6 milyard qiymətləndirilir.
Bazar dəyəri $32 milyard qiymətləndirilən Amerikanın avtomobil şirkəti - General Electric 6-cı olub. Növbəti yerləri Vodafone Telecoms, HSBC, HP və Toyota şirkətləri bölüşür.
Dünyanın ən bahalı brendlərinin reytinqi ($ milyard)
Şirkətlər
2010-cu ildə brendin dəyəri
2009-cu ildə brendin dəyəri
Wal-Мart
41,365
40,616
Google
36,191
29,261
Coca-Cola
34,844
32,728
IBM
33,706
31,530
Microsoft
33,604
30,882
GE
31,909
26,654
Vodafone
28,995
24,647
HSBC
28,472
25,364
HP
27,383
23,837
Toyota
27,319
21,995
Xatırladaq ki, Interbrand versiyası üzrə 2009-cu ildə dünyanın ən bahalı brendi adına Coca-Сola layiq görülmüşdü. Ötən ilin sentyabrında şirkətin ticarət nişanı $68,7 milyard dəyərində qiymətləndirilirdi. Növbəti yerləri tutan İBM və Microsoft brendləri uyğun olaraq $60,2 milyard və $56,6 milyard dəyərə malik idi. Adıçəkilən reytinq cədvəlində 7-ci yeri tutan Google brendinin dəyəri $32 milyarda bərabər olub.