“İqtisadi forum” jurnalının BBC-yə istinadən verdiyi məlumata görə, Çinin Mərkəzi Bankı kreditlərin verilməsi şərtlərini sərtləşdirən yeni qaydaları dərc edib. Mərkəzi bank kommersiya banklarından kreditorların ödəmə qabiliyyətini diqqətlə yoxlamağı, o cümlədən digər mümkün riskləri düzgün qiymətləndirməyi tələb edir.
Yeni qaydalar kredit bazarında gələcəkdə ciddi maliyyə probleminə çıxara biləcək “köpüy”ün qarşısının alınmasına yönəlib.
Çin hökuməti antiböhran tədbirləri çərçivəsində banklara verilmiş yüksək likvidliyin ölkədə inflyasiya səviyyəsinin artımına gətirib çıxara biləcəyindən narahatdır.
Son vaxtlar Çin pul kütləsinin sıxılması üzrə bir sıra tədbirlər həyata keçirib. Fevralın 12-də Mərkəzi Bank bankların ehtiyat tələblərinə tətbiq edilən normanı 0,5% artırıb. Fevralın 25-dən qüvvəyə minəcək yeni dəyişikliyə görə, bankların depozitlərinin 16Ş5%-ni ehtiyatda saxlamalıdır.