Ötən həftə ABŞ-ın daha 4 bankı maliyyə göstəricilərinin pisləşməsi səbəbindən bağlanıb. “İqtisadi forum” jurnalının Depozitlərin Sığortalanması üzrə Federal Korporasiyaya (FDİC) istinadən verdiyi məlumata görə, 2010-cu ildə ölkədə bağlanan maliyyə-kredit təşkilatlarının sayı 20-yə çatıb
Bağlanmış 4 bankın sığortalanması Korporasiyaya 1 milyard dollardan çox məbləğə başa gələcək.
Korporasiyanın problemi banklar siyahısına aktivlərinin ümumi həcmi təxminən 300 milyard dollar olan 400-dən çox Amerika bankının adı daxil edilib. Bu son 15 ildə ən pis göstəricidir.
Analitiklər hesab edirlər ki, böhrandan çıxa bilməyən bankların sayı yüzlərlə ölçüləcək. Korporasiyanın statistikasına görə, “qara siyahı”ya düşən bankların 13%-i müflisləşəndən və ya bağlanandan sonra siyahını tərk edəcək.
Korporasiyaya görə, ABŞ-ı bürüyən maliyyə böhranı fonunda bankların kütləvi bağlanması ona gətirib çıxarıb ki, yaxın 5 ildə büdcə sığorta şəklində 70 milyard dollar ödəməli olacaq.
Xatırladaq ki, 2009-cu ildə ABŞ-da 140, 2008-ci ildə 25 bank bağlanıb.