Yanvar ayında ölkə iqtisadiyyatının sənaye sahəsində təsərrüfat subyektləri tərəfindən 2,5 milyard manatlıq məhsul istehsal edilib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,5% çoxdur. “İqtisadi forum” jurnalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
İlk ayda əsas sənaye məhsulları olan xam neftin hasilatı 17,6% artaraq 4,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 1,5 milyard kub metr təşkil edib.
Sənaye məhsullarının 80%-i özəl bölmə tərəfindən istehsal edilib. Ümumi istehsalın 93,5%-i əmtəələrin, 6,5%-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 75,9%-i mədənçıxarma, 17,8%-i emal, 5,9%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, 0,4%-i isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.