Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



PARLAMENT MÜZAKIRƏLƏRININ BÜDCƏ QƏRARLARINA TƏSIRININ QIYMƏTLƏNDIRILMƏSI

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ölkə parlametinin ən mühüm səlahiyyətlərindən biri dövlət büdcəsinin təsdiqi və onun icrasına nəzarətin həyata keçirilməsidir. Parlament tərəfindən həyata keçirilən büdcə nəzarətinin effektivliyi parlamentin bütövlükdə büdcə prosesinə nə qədər fəal cəlb edilməsindən və deputatların dövlət büdcəsi müzakirələrinə nə dərəcədə fəal qoşulmasından bilavasitə asılıdır. Digər tərəfdən, dövlət büdcəsi vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və səmərəliliyin təmin edilməsi, habelə büdcə prosesinə vətəndaş cəmiyyətinin təsirli nəzarət sisteminin formalaşması, müəyyən mənada, məhz parlamentin büdcə prosesində iştirakı səviyyəsi ilə müəyyən olunur.

Azərbaycanda büdcə prosesinin tədqiqi göstərir ki, hazırda qanunverici hakimiyyətin büdcə qərarlarına real təsir dərəcəsi elə də böyük deyildir. Qüvvədə olan qanunvericilikdə növbəti ilin büdcə layihəsinin hazırlanması prosesində parlamentin iştirakı nəzərdə tutulmur. Qeyd etməyə dəyər ki, büdcə layihəsinin hazırlanması təxminən 9 aylıq bir dövrü əhatə edir (cari ilin yanvar ayının sonuncu ongünlüyündən sentyabrın 25-dək). Parlament büdcə proseslərinə yalnız bu mərhələdən sonra – büdcə layihəsinin parlament müzakirələri dövründə - qoşula bilər. Parlametin büdcə prosesinin əvvəlki mərhələlərinə hər hansı bir formada qatıla bilməməsi və büdcə qanunu ilə birgə müzakirəyə təqdim edilən büdcə sənədlərinin kifayət qədər irihəcmli olması, habelə büdcə müzakirələri üçün qanunvericilikdə cəmi 2 (iki) ay vaxtın nəzərdə tutulması deputatların büdcə sənədləri ilə müfəssəl tanışolma imkanlarını xeyli dərəcədə məhdudlaşdırır.

Dövlət büdcəsi layihəsinin məhz qanunverici orqana təqdim edildiyi şəkildə və həmin rəqəmlərlə təsdiq edilməsini parlametin büdcə proseslərinə passiv cəlb olunmasının nəticəsi hesab etmək olar. Son illərin təcrübəsi göstərir ki, büdcə layihəsində parlament müzakirələri dövründə edilən dəyşikliklər də əsasən məhz icra hakimiyyətinin təşəbbüsü ilə baş verir.

Belə bir vəziyyətdə əksər parlament üzvləri bir tərəfdən büdcə müzakirələrində parlamentin rolunu və vəzifələrini yetərincə qiymətləndirə bilmir, digər tərəfdən isə ayrı-ayrı icra hakimiyyəti orqanlarının təsiri altına düşərək həmin qurumların büdcə maraqlarının ifadəçisinə çevrilirlər.

Bütün qeyd olunanlar ölkənin ali qanunvericilik orqanı olan MM-də büdcə müzakirələrinin gedişinin, həmin müzakirələrdə deputatların fəallıq səviyyəsinin və bütövlükdə büdcənin parlament müzakirələrinin effektivliyinin vətəndaş cəmiyyəti tərəfindən qiymətləndiriməsini zəruri edir.

İqtisadi Təşübbüslərə Yardım İctimai Birliyi ACİ-YF-in maliyyə dəstəyi ilə 2008-ci ilin büdcə layihəsinin timsalında büdcənin parlament müzakirələrində deputatların fəallığını və müzakirələrin effektivliyini qiymətləndirmək istiqamətində layihə həyata keçirib. Layihə çərçivəsində parlament komissiyalarının və parlamentin büdcə müzakirələri ilə bağlı iclaslarının stenoqramı aparılmaqla və millət vəkilləri arasında sorğu keçirilməklə monitorinq aparılıb. Monitorinq nəticəsində: I) dövlət büdcəsinin müzakirələrində millət vəkillərinin iştirak səviyyəsi və onların təkliflərinin nəzərə alınma dərəcəsi müəyyənləşdirilib, II) büdcənin parlament müzakirələrilə bağlı problemlər aşkarlanıb.

Layihə çərçivəsində aparılan monitorinq və tədqiqatın nəticələri 2008-ci il mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində millət vəkillərinin, QHT və KİV təmsilçilərinin, müstəqil ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada təqdim olunub.

 
Sənədin özü ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz

Azərbaycan dilində

İn English
Tarix: 07 Sentyabr 2009  |  Baxış sayı: 461




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV