Yaxın 12-18 ayda dünya bazarlarında buğda təklifi artacaq və bununla da qiymətin aşağı düşməsi davam edəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə FAO analitikləri proqnoz verib.
Ekspertlər qeyd edir ki, ümumilikdə yeni məhsulun yığılması da nəzərə alınmaqla buğdanın dünya üzrə ehtiyatlarının gələcəkdə artımı müşahidə ediləcək. Artıq Hindistan, Çin, AB və Cənubi Amerika ölkələrində istehsal edilən məhsulların yaxın vaxtlarda bazara daxil olması gözlənilir. 2010-cu ilin iyun ayının yekunları üzrə buqda ehtiyatı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 28% artaraq 183,5 milyon tona çata bilər.
Qeyd edək ki, yaxın bir neçə ildə dünyanın əsas ticarət məkanı olan Çikakonun SWOT birjasında buğdanın bir buşelinin qiyməti $4,8-dən $4-4,25-ə düşə bilər
FAO ekspertlərinin hesablamalarına görə, yanvar ayının yekunlarına əsasən, buğdanın qiymət indeksi hər ton üçün 2009-cu ildəki $174-dən $170-ə düşüb.
Xatırladaq ki, 2008-ci ildə buğdanın bir tonunun orta qiyməti $239 olub.