Dünya şöhrətli milyarder Corc Soros valyuta bazarından qızıl bazarına keçməsi barədə açıqlama verib. Bununla o, növbəti dəfə xəbərdarlıq edib ki, Avropa valyutası böhrana davam gətirməyəcək.
“İqtisadi forum” jurnalının Newsru.com portalına istinadən verdiyi məlumata görə, Avropanın rəsmiləri milyarderə məxsus Soros Fund Management fondunu, o cümlədən digər iri fondları avroya zərbə vurmaq üçün onu sürətlə satırlar.
Ötən ay Soros “Financial Times” qəzetində dərc etdirdiyi məqaləsində Avropanın maliyyə sistemini sərt tənqid etmişdi və avronun çökəcəyini proqnozlaşdırmışdı.
“Wall Street Journal” qəzetinin məlumatına görə, dünyanın ən böyük hec fondu avronun dollara nisbətən kəskin ucuzlaşması üçün əlindən gələni edir.
Amerika maliyyəçisi, investoru və filantropu Corc Sorosun 2009-cu ilin noyabr tarixinə varidatı 11 milyard dollar qiymətləndirilib. Soros bütün əsas əməliyyatlarını Karib adalarının Niderlanda məxsus Kyurasaoda qeydiyyatdan keçmiş "Quantum Fund NV" gizli offşor şirkəti vasitəsilə həyata keçirib. Bu, "Quantum Group of Funds" qrupu daxilində Sorosun nəzarətində olan ən böyük fonddur.