Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mərkəzi bankların valyuta ehtiyatları:
Ukrayna və Azərbaycanda azalıb, Rusiya və Litvada artıb

Ukraynanın Mərkəzi Bankının valyuta ehtiyatı fevral ayında 4,5% və ya 1,14 milyard dollar azalaraq 24,15 milyard dollara düşüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Ukraynanın Mərkəzi Bankı açıqlama verib.

2010-cu ilin əvvəlində Mərkəzi bankın valyuta ehtiyatı 8,9% və ya $2,36 milyard azalıb. Halbuki ilin əvvəlində ehtiyatın həcmi $26,51 milyard olub. Təkcə yanvar ayı ərzində ehtiyat 4,6% və ya $1,22 milyard azalıb və $25,29 milyarda düşüb.

2009-cu ildə valyuta ehtiyatı ümumilikdə 16% və ya 5,04 milyard azalıb. 2009-cu ilin əvvəlinə bu göstərici $31,54 milyard təşkil edib. 2008-ci ildə isə azalma 2,8% və ya $0,9 milyard olub.

Rusiyanın Mərkəzi Bankının valyuta ehtiyatı isə ötən ay $0,349 milyard artıb və $436,18 milyard yüksəlib.Ölkənin Mərkəzi Bankının məlumatına görə, yanvarın sonuna bu göstərici $435,83 milyard təşkil edib.

İlin əvvəlinə ehtiyatın həcmi $439,034 milyarda bərabər olub. Yanvar-fevral aylarında valyuta ehtiyatı $2,855 milyard azalıb.

Məlumat üçün bildirək ki, Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bankın və Rusiya Hökumətinin sərəncamında yerləşdirilən yüksək likvidli maliyyə aktivlərini əks etdirir. Ehtiyatlar xarici valyutalar, qızıl, SDR və digər ehtiyat aktivlərindən ibarətdir.

Xatırladaq ki, Rusiya valyuta ehtiyatının həcminə görə Çin və Yaponiyadan sonra üçüncü yeri tutur.

Ötən ay Litvanın valyuta ehtiyatında da artım müşahidə edilib. Fevralda ölkənin ehtiyatı 2,96 milyard lit və ya 18% artaraq 19,4 milyard litə (5,6 milyard avro) çatıb.

Azərbaycan ın Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi isə fevralda 1,3% azalaraq 5 milyard 74 milyon 500 min ABŞ dollarına düşüb.Ay ərzində Bankın valyuta ehtiyatı 65 milyon dollar azalıb.

Yeni ilin 2 ayı ərzində Mərkəzi Bank ehtiyatını 2% və ya 101,1 milyon dollar itirib. Halbuki 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 175 milyon 600 min dollar təşkil edib.

2009-cu ilin müvafiq dövrü ilə müqayisədə fevralda valyuta ehtiyatı 10% və ya 561,5 milyon dollar azalıb. Ötən ilin fevralında bu göstərici 5 milyard 636 milyon dollara bərabər olub.

Xatırladaq ki, 2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatı 15,6% və ya 961,4 milyon dollar azalaraq 5 milyard 139 milyon 500 min ABŞ dollar təşkil etmişdi.

Tarix: 09 Mart 2010  |  Baxış sayı: 862




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV