Məşhur Forbes jurnalı dünyanın ən varlı biznesmenlərinin siyahısını tərtib edib. Siyahıya 53,5 milyard dollarlıq varidata malik Meksikanın telekommunikasiya maqnatı Karlos Slim Helu başçılıq edir. O, iki amerikalını – Bill Qeyts və Uorren Baffeti qabaqlayaraq birinci yerə sahib olub.
70 yaşı, 6 uşaq atası olan meksikalının varidatı il ərzində 18,5 milyard dollar artıb. Slim Meksikanın telefon xətlərinin 90%-nə nəzarət edir.
“İqtisadi forum” jurnalının məlumatına görə, Forbes jurnalına istinadən verdiyi məlumata görə, Slim Helu 1994-cü ildən sonra siyahıya başçılıq edən ilk qeyri-amerikalıdır. 1995-ci ildən bəri ikinci dəfədir ki, Qeyts planetin ən varlı adamı titulunu əlindən buraxır. Birinci dəfə 2008-ci ildə Baffet Qeytsi “taxtdan salmışdı”.
Microsoft şirkətinin banisi Bill Qeytsin varidatı 53 milyard dollar, Uorren Baffetin varidatı isə 43 milyard dollar qiymətləndirilir.
Kanadanın “The Globe and Mail” qəzetinin yazdığına görə, böhran dövründə dünyada yeni dəyişikliklər ortaya çıxıb. Ağırlıq mərkəzi inkişaf etməkdə olan bazarların üzərinə düşüb.
Jurnalın məlumatına görə, ağır maliyyə ilinə baxmayaraq milyarderlərin sayı əvvəlki illə müqayisədə 793-dən 1011-ə yüksəlib. Onların 89-u qadındır.
Milyaderlərin ümumi sayına görə, Amerika liderlik edir. ABŞ-da milyaderlərin sayı 403-dür. Onların varidatı ümumilikdə 1,3 trilyon dollar təşkil edir. Avropada 248 milyarder yaşayır və onların var-dövləti 1 trilyon dollara bərabərdir. Asiyada 234, Yaxın Şərqdə və Afrikada 65 milyarder yaşayır. Çindən belə insanların sayı 64, Rusiyada isə 62-dir.
2008-ci ilin reytinqi ilə müqayisədə yeni siyahıya 97 yeni soyad əlavə olunub. Bunların 2/3-si, yəni 62 Asiyadandır.
Siyahıda dördüncü və beşinci yerləri hind Mukeş Ambani və Lakshmi Mittal bölüşdürüb. Birinci energetika və nefr-kimya biznesindən 29 milyard dollar, ikinci isə polad biznesindən 29,7 milyard dollar qazanıb.
Forbesin indiki siyahısında ilklatın amerikalı dövlət rəhbəri, Çilinin yeni prezidenti Sebastyan Pinera 2,2 milyard dollarla 437-ci yerdə qərarlaşıb.