Əmanətlərinizi hansı valyutada yatırmağa üstünlük verirsiniz?
Qlobal iqtisadi böhran dünyada, o cümlədən Azərbaycanda əmanətlərin həm həcminə, həm də strukturuna təsir göstərib. Bunun nəticəsidir ki, əhalinin bir qismi yatırdıqları pulları banklardan geri götürüb, digər qismi əmanətlərinin valyuta strukturuna dəyişiklik edib, üçüncülər isə heç bir dəyişiklik etməyib.
“İqtisadi forum” jurnalı əmanət yatıran zamanı hansı valyutaya üstünlük vermələrini müəyyənləşdirmək məqsədilə dəyərli oxucuları arasında sorğu keçirib. Sorğuda 42 respondent iştirak edib.
Sorğunun nəticəsinə görə respondentlərin yarıdan çoxu, yəni 59,5%-i (25 nəfər) ABŞ dollarına üstünlük verib. 14,3% milli valyutada, 9,5%-i (4 nəfər) funt sterlinqdə, 4,8%-i (2 nəfər) avroda əmanət yatırmaq niyyətində olduqlarını bildirib. Sorğu iştirakçılarının 11,9%-i (5 nəfər) əmanət qoymaq fikrində olmadığını qeyd edib.