Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Biz hakimiyyətdən demokratiyaya əsaslı şəkildə hörmət gözləyirik

Yan Mikallef: "Bu, bizim Azərbaycan hakimiyyətinə verdiyimiz güclü bir mesajdır..."

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallef sentyabrın 10-da nümayəndə heyəti ilə birlikdə Bakıya gəlib.

Görüşlərdən qabaq Y.Mikallef AzadlıqRadiosuna müsahibə verib:

- Cənab Mikallef, siz Azərbaycanda bələdiyyə seçkilərindən qabaqkı vəziyyəti necə qiymətləndirirsiz? Sizcə, ölkədə azad və ədalətli seçkilər üçün şərait varmı?

- Bakıya budəfəki səfərimizin də məqsədi monitorinq aparmaqdır. Aydınlaşdırmağa çalışacağıq ki, ötən monitorinqdən keçən müddət ərzində hökumət hansısa müsbət dəyişikliyə nail olub, ya yox.

- Konqres bələdiyyə seçkilərini müşahidə də edəcək, elə deyilmi?

- Bəli, artıq bu barədə hazırlıq başlayıb. Bizim nümayəndə heyətinin tərkibi barədə qərar ya sentyabrın 21-də, ya da ki, oktyabrın 15-də veriləcək. Bu zaman həm də Azərbaycandakı müşahidələrimizə əsaslanacağıq.

- Amma əlbəttə ki, Azərbaycanda bələdiyyələrin vəziyyəti haqda səfərə qədər də təsəvvürünüz vardı...

- Hökumətə çağırışımız budur ki, yerli hakimiyyətlərə daha çox muxtariyyət və maliyyə ayırsın. Bu, bizim Azərbaycan rəsmiləri ilə dialoqlarda ötürmək istədiyimiz əsas mesajdır. İnanırıq ki, mövcud vəziyyətlə bağlı öz narahatlığımızı bildirməkdənsə, hakimiyyətlə dialoqu davam etdirməyə cəhd daha faydalı olar. Ona görə qərara gəldim ki, Azərbaycan rəsmilərinə dialoq üçün müraciət edim, onlarla üz-üzə danışım. Məqsədim onlara bunu izah etməkdir - yerli səviyyədə demokratiya bütün ölkədəki demokratiyanı şərtləndirir.

- Siz indiyə qədər də hökumətə çağırışlar etmisiz, nəticəsini gördüyünüz olubmu heç?

- İndiyə qədərki müzakirələrimiz əsasən Konstitusiyanın 146-cı maddəsi və referendumla bağlı olub. Biz hesab edirik ki, bu referendumda hökumət yerli hakimiyyətlərə daha çox səlahiyyət vermək istəyində deyildi. Mənim Bakıda məqsədim ondan ibarət olacaq ki, hökumət mümkün qədər bizim mövqeyimizi qəbul etsin, yerli hakimiyyətlərin üzərinə daha çox məsuliyyət qoysun. Artıq dəyişiklik mərhələsi bitib - Avropa Şurasına üzv olmaqla totalitarizmdən demokratiyaya keçmişik. Bu isə o deməkdir ki, Yerli Özünüidarəyə dair Avropa Xartiyasına hörmət olunmalıdır. Biz hakimiyyətdən demokratiyaya əsaslı şəkildə hörmət gözləyirik. Biz indiki halda demokratiyanı güzəştə gedə bilmərik. Bu, bizim Azərbaycan hakimiyyətinə verdiyimiz güclü bir mesajdır...

- Referendum ərəfəsində siz belə bir fikir səsləndirmişdiz ki, Konqresdə Azərbaycan nümayəndə heyətinin iştirakı dondurula bilər. Bu ehtimalınız qüvvədə qalırmı?

- Əgər proses əvvəlki kimi getsə - yerli hakimiyyətlərə yenə də hörmət olunmasa, bizim narahatlığımıza məhəl qoyulmasa, biz nümayəndə heyətinin iştirakını dondurmaq məcburiyyətində qalacağıq. Hiss edirəm ki, bu məsələ gündəmdə deyil. Amma əlbəttə ki, son qərar mənim səfərim vaxtı hakimiyyətin öz üzərinə götürəcəyi öhdəlikdən asılıdır...

- Bələdiyyə seçkilərinə bir neçə ay qalır. Sizcə, bu seçkiyə qədər nəyisə dəyişmək mümkündürmü?


- Yerli hakimiyyətlərin inkişafı məsələsi vaxtla bağlı deyil. Biz narahatıq ki, hakimiyyət bələdiyyələr haqqında qanuna dəyişiklik deyəndə, Konstitusiya son dəyişikliyi nəzərdə tutur. Biz öz fikrimizdə qalırıq ki, bu, Avropa Xartiyasına ziddir. Məsələnin həlli çox sadədir. Hökumət bir daha təsdiqləməlidir ki, bu Xartiyaya hörmətlə yanaşır və bələdiyyələrə daha çox muxtariyyət vermək istəyir. Bu istiqamətdə dəyişikliklərin hətta seçkiyə qədər ediləcəyini gözləyirik.

- Bakı merinin seçilməsi məsələsi də müzakirə olunacaqmı?

- Bununla bağlı təkidlərimiz davam edir. Hökumət qısa zaman kəsiyində mer seçkiləri ilə bağlı qanunvericiliyə dəyişiklik edə bilər. Belə dəyişiklik göstərər ki, Azərbaycan hökuməti doğrudan da demokratik olmaq arzusundadır, istədiyi adamı mer təyin etmir, xalqa imkan verir ki, öz merini özü seçsin.

Tarix: 11 Sentyabr 2009  |  Baxış sayı: 231




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV