| AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.
Birləşmə tendensiyası dünyada sürətlənib
Hazırda dünyada da banklarının sayının azaldılması prosesi gedir. Xüsusilə də qlobal maliyyə böhranı bu prosesi daha da sürətləndirib. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə banklar digərinə və bir-biri ilə birləşməklə iriləşir. Bununla da bank bazarının konsentrasiyası artır. Birləşmədən sonra banklar maliyyə sabitliyinə nail olur, onların bazarda payı və aktivlərinin diversifikasiyası genişlənir.
Hər bir ölkədə bankların sayı müxtəlifdir. Kommersiya banklarının sayına görə ABŞ liderdir. Bu ölkədə 7 minə qədər bank fəaliyyət göstərir. (Cədvəl 2) Amerika banklarının sayının çoxluğu ölkənin bank sisteminin tarixi xüsusiyyəti ilə bağlıdır. 1927-ci ildə ABŞ Konqresi bankların digər ştatlarda filiallarının açılmasını qadağan edən Makfedden qanunu qəbul edib. 1956-cı ildə “Bank-holdinq şirkətləri haqqında” Qanuna bank holdinqlərinə başqa ştatlardan bank almağı qadağan edən Duqlas düzəlişi edilib. Bu məhdudiyyətlərin əsas ideyası yerli bankların rəqabət qabiliyyətini artırmaqdan ibarət olub. Nəticədə hər ştatda çoxlu sayda banklar yaranmağa başlayıb. Hazırda bank filiallarının və törəmə bankların açılmasına məhdudiyyət olmasa da bank çoxluğu ölkədə tarixi miras qalıb. Ölkədə bank sistemi əsasən kommersiya banklarından ibarətdir. Əmanət bankları isə getdikcə azalır.
Bankların sayına görə ikinci böyük dövlət olan Almaniyada bank tənzimlənməsinin böyük təsiri olub. İkinci dünya müharibəsindən sonra ölkə öz qaydaları ilə yaşayan inzibati-ərazi vahidliyinə və işğal olunmuş ərazilərə bölünür. Bölgü sonralar ləğv edilsə də alman torpaqlarının regional hakimiyyəti güclü təsirə malik olub və bunun nəticəsində banklar regional əlamətlərə görə ixtisaslaşıb.
Bankların sayına görə dünyada üçüncü böyük dövlət olan Rusiyada bankların çoxluğu üçün institusional zəmin olmayıb. SSRİ dövründə ölkədə cəmisi 5 ixtisaslaşmış dövlət bankı fəaliyyət göstərib. 1988-ci ildən başlayaraq 90-cı illərin ortalarına qədər bankların sayı artaraq 3 minə yaxınlaşmışdı. Artıq 2010-cu ilə onları sayı azalaraq 1000-dən bir qədər artıq olub. Artıq Rusiya da bankların birləşdirilməsi işinə start verib. Hesablamalara görə, 2010-cu ilin yanvarın 1-dən etibarən bankların kapitalına qoyulan minimal tələbin 90 milyon rubla ($3 milyon) qaldırılması 140 kredit təşkilatının lisenziyasının geri alınması ilə nəticələnə bilər. Çünki Bankın məlumatına görə, məhz 140 bankın nizamnamə kapitalı 90 milyon rubldan azdır. Hazırda Rusiyada 1058 bank fəaliyyət göstərir. Onların 51-i bank olmayan kredit təşkilatıdır. 2008-ci ildə 28, 2009-cu ildə 50 bank bağlanıb. Yerli ekspertlərin fikrincə, bu ölkədə bankların optimal sayı 200-300 olmalıdır.
Bir sıra ölkələrdə banklarının sayı azlıq təşkil edir. Bu ölkələrə maliyyə sistemi zəif inkişaf edən (Tacikistan, Mozambik, Türkmənistan, Albaniya, Zambiya) və çırtdan (Monako, Lixtenşteyn, Malta, Andorra) dövlətlər aiddir.
Cədvəl 2
|
Ölkələr
|
Bankların sayı
|
Əhalinin sayı,
milyon nəfər
|
Hər 100.000 nəfərinə düşən bankların sayı
|
|
|
|
ABŞ
|
6936
|
308,9
|
2,3
|
|
Almaniya
|
2048
|
81,8
|
2,5
|
|
Avstriya
|
867
|
8,4
|
10,3
|
|
Fransa
|
880
|
65,5
|
1,3
|
|
İtaliya
|
793
|
60,3
|
1,3
|
|
İsveçrə
|
327
|
7,8
|
4,2
|
|
Polşa
|
70
|
38,2
|
0,2
|
|
Bolqarıstan
|
30
|
7,6
|
0,4
|
|
Rumıniya
|
41
|
21,5
|
0,2
|
|
Çexiya
|
37
|
10,5
|
0,4
|
|
Lixtenşteyn
|
15
|
0,036
|
15
|
|
Mozambik
|
13
|
16,1
|
0,1
|
|
Litva
|
12
|
3,3
|
0,4
|
|
Çernoqoriya
|
11
|
0,624
|
1,8
|
|
Estoniya
|
9
|
1,34
|
0,7
|
|
Andorra
|
8
|
0,084
|
8
|
|
|
|
MDB ölkələri
|
|
Azərbaycan
|
46
|
9
|
0,5
|
|
Rusiya
|
1018
|
141,9
|
0,7
|
|
Ukrayna
|
175
|
46
|
0,4
|
|
Qazaxıstan
|
34
|
15,2
|
0,2
|
|
Tacikistan
|
13
|
7,4
|
5,7
|
|
Özbəkistan
|
30
|
27,6
|
0,1
|
|
Gürcüstan
|
19
|
4,4
|
0,4
|
|
Qırğızıstan
|
22
|
5,3
|
0,4
|
|
Türkmənistan
|
11
|
5,1
|
0,2
|
|
Ermənistan
|
22
|
3,2
|
0,7
|
|
Moldova
|
15
|
3,6
|
0,4
|
|
Belorus
|
32
|
9,5
|
0,3
|
|
|
|
|
|
Mənbə: Центр Экономических Исследований МФПА, 2009;
Mərkəzi bankların rəsmi məlumatları
Azərbaycanda bankların sayı MDB-də Rusiya və Ukraynadan sonra üçüncüdür. Ölkədə əhalinin hər 100 min nəfərinə 0,5 bank düşür. Əhalinin hər 100 min nəfərinə düşən bankların sayına görə Azərbaycan MDB ölkələri arasında yalnız Tacikistandan, Rusiyadan və Ermənistandan geri qalır. Tacikistanda bu göstərici 5,7, Rusiya və Ermənistanda isə 0,7 təşkil edir.
Empirik analizlər göstərir ki, bankların sayına bir çox amillər – tarixi, makroiqtisadi, institusional amillər təsir göstərir. Bura inflyasiya, adambaşına düşən ÜDM-in həcmi, bank sektorunun nisbi ölçüsü, ölkənin ərazi ölçüsü, əhalinin sayı və s. kimi amillər daxildir. Tədqiqatlara görə, ölkə ərazisinin genişlənməsi (Sinqapur, Honq Konq və s kimi offşor maliyyə mərkəzləri istisna olmaqla) bankların sayının artımını şərtləndirir. Adambaşına düşən ÜDM-in həcmi artdıqca bank xidmətlərinə (pul köçürmələrinin həcmi artır, kreditlərə tələbat artır, depozit baza artır) tələbat da artır. Bank biznesinin cəlbediciliyi bazara yeni oyunçuların çıxmasını şərtləndirir ki, bu da bankların sayını artırır. Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5%-i ötmür.
İnflyasiya bank sektoruna birmənalı təsir göstərmir. Qısamüddətli dövrdə yüksək olmayan inflyasiya sektorun inkişafına mənfi təsir göstərir, hiperinflyasiya isə əksinə sektoru genişləndirir. Uzunmüddətli perspektivdə istənilən inflyasiya bank sektoruna mənfi təsir göstərir. Hiperinflyasiyada bank sektoru hədsiz dərəcədə böyüyür.
İstənilən ölkədə bankların sayının ixtisarı maliyyə resurslarının konsentrasiyasını artırır. Azərbaycanda hazırda konsentrasiya yüksək səviyyədədir. 5 bankın aktivlərinin cəmi aktivlərdə payı 61% təşkil edir. Mərkəzi və Şərqi Avropa ölkələrində oxşar vəziyyətdir. Qərbi Avropa ölkələri arasında kiçik ölkələr – Portuqaliya, Danimarka və Yunanıstan bu göstəriciyə - 65-70%-ə uyğundur.
Cədvəl 3.
Avropa ölkələrinin bank sektorunda konsentrasiya səviyyəsi
|
Ölkələr
|
Bazarın payı,
%-lə
|
|
Finlandiya
|
81
|
|
Belçika
|
83
|
|
Niderland
|
84
|
|
Yunanıstan
|
67
|
|
Danimarka
|
67
|
|
Portuqaliya
|
63
|
|
İsveç
|
54
|
|
Fransa
|
47
|
|
İrlandiya
|
44
|
|
Avstriya
|
44
|
|
İspaniya
|
44
|
|
Böyük Britaniya
|
33
|
|
Lüksemburq
|
32
|
|
İtaliya
|
27
|
|
Almaniya
|
22
|
|
Orta göstərici
|
53
|
Qeyd: Bazar payı – bank sektorunun cəmi aktivlərində 5 iri bankın bazar payı
Bankların sayının azaldılması təbii yolla (birləşmə) və ya inzibati rıçaqlarla (normativlərin sərtləşdirilməsi, bank kapitalının minimal ölçüsü, lisenziyaya yenidən baxılması) həyata keçirilə bilər. Bir qayda olaraq bank işinə uyğun gəlməyən banklar bank olmayan kredit təşkilatlarına çevrilirlər. Yerdə qalan banklar iri kredit təşkilatlarının filillarına çevrilir. İnkişaf etmiş ölkələrdə bir banka və əhalinin hər milyon nəfərinə düşən filialların sayı yüksəkdir. (Cədvəl 4).
“Böyük səkkizliy”ə daxil olan ölkələrin bank filialarının sayı
|
Ölkə
|
Bankların sayı
|
Filialların sayı
|
Orta hesabla bir banka düşən filialın sayı
|
1 milyon nəfər düşən filialların sayı
|
|
ABŞ
|
7475
|
59895
|
8
|
268,4
|
|
Kanada
|
70
|
9327
|
133,2
|
284,3
|
|
Britaniya
|
346
|
11300
|
32,7
|
240,5
|
|
Fransa
|
880
|
26370
|
30
|
419,5
|
|
Almaniya
|
2400
|
45467
|
18,9
|
565,8
|
|
İtaliya
|
778
|
30944
|
39,8
|
523,1
|
|
Yaponiya
|
247
|
35371
|
143,2
|
277,6
|
|
Rusiya
|
1205
|
3295
|
2,7
|
23
|
|
Azərbaycan*
|
46
|
626
|
14
|
70
|
Mənbə: Mərkəzi Banklar, BİS Committe on Paymant and Settlement Systems, 2005
* - 2009-cu il tarixinə olan məlumat
Britaniya, İsveçrə, İsveç, Belçika, Finlandiya və Norveç kimi Avropa ölkələrində filialların bağlanması tendensiyası müşahidə edilib. Skandinaviya ölkələrində filiallar şəbəkəsi 1991-1992-ci il böhranından sonra restrukturizasiya olunaraq azalıb. Britaniya, İsveçrə və Belçika birləşmiş bankların filiallarının bir-birini təkrarlaması səbəbindən bağlanıb. Filiallar ancaq 3 Avropa ölkəsində - Almaniya, İtaliya və İspaniyada artıb. İtaliya və İspaniyada bu regional bank ekspansiyasına qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlıdır. Almaniyada artım əmanət banklarının fəaliyyətini genişlənməsi ilə bağlıdır. Ümumilikdə filial şəbəkələrinin azalması qlobal birləşmə və bank müştərilərinə distansiyadan elektron xidmətə keçidlə bağlıdır.
Azərbaycan bank filiallarının inkişaf səviyyəsi hələlik arzu olunan səviyyədə deyil. 1 milyon sakinə düşən filialların sayına görə “Böyük səkkizlik” ölkələrindən ən azı 10 dəfə geri qalır. Beynəlxalq təcrübədə 1 banka orta hesabla 22 filial düşür. Azərbaycanda 2010-cu il yanvarın 1-i tarixinə 626 filial fəaliyyət göstərir. Onların 38-i Beynəlxalq banka məxsusdur. Ölkədə 40 bankın yerli filialı var, 6 bankın isə yoxdur. Bir bankın orta hesabla 14 filialı mövcuddur. Əhalinin hər milyon nəfərinə düşən bank filialların sayı isə 70-dir.
* * *
Dünyada illərlə davam edən bankların azaldılması tendensiyası qlobal maliyyə böhranında bir az da sürətlənib.. Ancaq bu azalma daha çox bankların bağlanması ilə fərqlənir. Məsələn, ABŞ-da 2009-cu ildə 140, 2010-cu ilin ilk aylarında isə 30-a qədər bank qlobal böhranın “qurbanı” olub. Digər ölkələr də belə hallar mövcuddur. İstənilən halda bankların konsolidasiyası zaman tələb edən prosesdir. ABŞ-da kommersiya banklarının sayının 13,4 mindən 7,5 minə qədər (44%) azaldılması üçün 17 il tələb olunub. Avropada 1985-2005-ci illərdə bankların sayı 12670-dən 6400-ə düşüb.
Azərbaycanda 2009-cu ildə bank aktivlərinin ÜDM-də payı 34% təşkil edib. Bu Şərqi Avropa ölkələrinin göstəricilərindən (65-80%) təxminən 2 dəfə azdır. Bu göstərici inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Fransada 280%, Almaniyada 300%, Britaniyada isə 400% təşkil edir. Bank kreditlərinin ÜDM-də payı 24%, əmanətlərin payı isə 7%-dir. Bu göstəricilər orta Avropa göstəricisindən dəfələrlə aşağıdır. Belə müqayisələrin siyahısını çoxaltmaq da olar. Reallıq ölkədə bankların sayının azaldılmasını tələb edir. Məhz bu addımla maliyyə institutlarında yüksək kapitallaşmanı və maliyyə dayanıqlığını təmin etmək, bankların rəqabət qabiliyyətini artırmaq olar.
|