Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



BAKI AVROPA ŞURASI ÖLKƏLƏRİNDƏ MER SEÇİLMƏYƏN YEGANƏ PAYTAXTDIR

Azərbaycanın Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı Avropa Şurası qarşısında öhdəliyi yoxdur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi (AŞYRHK) başçısını əvəz edən Ən Mikallefin Bakı meri vəzifəsinin seçkili olması ilə bağlı təklifini Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Turana belə şərh edib.

Seyidovun sözlərinə görə, yerli idarəetməyə dair Avropa xartiyasının müddəasını AŞ üzv ölkələr öz istəklərilə yerinə yetirir.

«Azərbaycanın mer seçkisi keçirməklə bağlı öhdəliyi yoxdur və Azərbaycan AŞ-nın tövsiyələrini milli maraqlarını nəzərə almaqla yerinə yetirir. Ümumiyyətlə, Azərbaycanın bu gün daha vacib problemləri var» - deyə Seyidov bildirib.

Ancaq bələdiyyələr üzrə ekspert Rövşən Ağayevin sözlərinə görə, iqtisadi əlverişlilik və Avropa Şurası qarşısında öhdəliklər baxımından Bakı merinin seçkiləri keçirilməlidir.

Arayış

Azərbaycanda yerli idarəetmə sistemi 1999-cı ildə yaradılıb, o zaman ilk bələdiyyə seçkiləri keçirilib. Azərbaycanda birpilləli bələdiyyə sistemi tədbiq edilib. Yəni 500-dən artıq sakini olan hər bir yaşayış məntəqəsi öz bələdiyyəsi olmaq hüququ əldə edib.
Son zamanlara qədər Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərib. Ancaq birləşdirmə nəticəsində 2009-cı ilin iyul ayının sonuna bələdiyyələrin ümumi sayı 1764-ə qədər azalıb.
Müstəqil ekspertlər dəfələrlə səlahiyyətləri məhdudlaşdırılan bələdiyyələrin iqtisadi əsaslarının zəif olduğunu qeyd edib. 2008-ci ildə bələdiyyələrin ümumi gəliri 43 mln manat (51,6 mln dollar) olub, bu da dövlət büdcəsinin 0,4%-i təşkil edir. Bundan əlavə, bələdiyyələr bütövlükdə icra hakimiyyətindən asılıdır və heç bir real səlahiyyətə sahib deyil.
Dekabrın ortasında Azərbaycanda ölkə tarixində sayca üçüncü bələdiyyə seçkiləri keçiriləcək.

«Bakı AŞ ölkələrində seçkili bələdiyyə və merin olmadığı yeganə paytaxtdır» - deyə Ağayev bildirdi. 2003-ci ilin may ayında AŞYRHK Azərbaycanda bələdiyyə sisteminin təkmilləşdirilməsinə dair tövsiyyələr paketi qəbul edib, orada Bakının statusu barədə qanunun qəbul edilməsi və Bakıda bələdiyyə məclisinin yaradılması ilə bağlı bənd olub.

Ekspert bu vaxta qədər Bakının statusu haqqında qanunu qəbul edilmədiyini təəssüflə qeyd edib. «Biz Rusiya, Şərqi, Qərbi və Şimalı Avropanın müxtəlif paytaxt modellərinin tədqiq etmişik. İki tip, birpilləli və ikipilləli paytaxt bələdiyyələri mövcuddur» - deyə Ağayev bildirib. Onun fikrincə, Bakıya birpilləli model yarıyar. Bakı hüdudunda 54-56 inzibati-ərazi vahidi var. Nümayəndəlik 10 min seçiciyə 1 adam normasında olduqda şəhər bələdiyyəsində bütün yaşayış məntəqələri təmsil oluna və 95-100 nəfərdən ibarət şəhər məclisi yaradıla bilər. Bakı meri ümumi seçkilərdə seçilə bilər, deyə Ağayev əlavə edib.

Yerli hakimiyyətin demokratikliyini təmin etməklə yanaşı vahid şəhər bələdiyyəsi paytaxtda iqtisadi fəaliyyətin effektivliyini də artırardı.

Çünki şəhər xidmətlərinin işin vahid planlaşdırılmasını həyata keçirmək, kollegial əsasla şəhərin büdcəsini, prioritet infrastruk və sosial-iqtisadi layihələrini müəyyən etmək olar, deyə Ağayev qeyd edib.

«Müsavat» Partiyasının lideri İsa Qəmbər də AŞYRHK-nin mer seçkiləri ilə bağlı təklifini doğru hesab edir. «Azərbaycanda bələdiyyə sistemi formalaşandan bizim partiya əhalinin birbaşa seçkilərlə nəinki mer, həmçinin digər şəhər, rayon, qəsəbə və kəndlərin bələdiyyə sədrlərinin seçməsinin tərəfdarı kimi çıxış edib» - deyə Qəmbər bildirib.

Onun sözlərinə görə, «Qarabağ və Respublika Uğrunda» vətəndaş hərəkatına daxil olan müxalifət partiyaları Seçki məcəlləsinə müvafiq təkliflər paketi hazırlayıb.

Tarix: 12 Sentyabr 2009  |  Baxış sayı: 244




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV