MDB-nin bankirləri Moskvaya toplaşıb
“İqtisadi forum” jurnalının Business Resource nəşrinə istinadən verdiyi məlumata görə, dünən Moskvada Adam Smit İnstitutunun təşkilatçılığı ilə “Fərdi kapitalın idarə edilməsi vəprivate banking: Rusiya və MDB” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə private banking sənayesinin inkişaf perspektivləri, imkanları və Rusiya və MDB-dən olan özəl şəxslərin böyük həcmli fərdi kapitalını idarə edən peşəkar oyunçuların üzləşdikləri çətinliklər müzakirə olunub.
İştirakçılar arasında Qərbi Avropanı təmsil edən yüksək vəzifə sahibləri də var.
Konfrans qeyri-sabitlik dövründə fərdi müştərilərin vəsaitlərinin investisiyalara yönəldilməsi, aktivlərin ənənəvi və alternativ klasslarının təhlili xüsusilə müzakirə onyekti olub.
Məlumat üçün bildirək ki, private banking imkanlı özəl şəxslərə bank tərəfindən fərdi xidmət göstərilməsini nəzərdə tutur.
|