Ermənistanın Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı
2010-cu ildə Ermənistanın Mərkəzi Bankı uçot dərəcəsini 2-ci dəfədir ki, artırır. Ötən həftə ölkənin əsas bankı uçot dərəcəsini 0,5% artıraraq 7%-ə yüksəldib. “İqtisadi forum” jurnalının Armİnfo agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzi Bankın Şurası belə qərar qəbul edib.
Məlumata görə, mart ayında inflyasiya fevral ayı ilə müqayisədə 0,8% olub. İllik inflyasiya isə 0,6 bənd azalaraq 8,8% təşkil edib.
Mərkəzi Bankın açıqlamasına görə, antiböhran tədbirləri çərçivəsində və dünya iqtisadiyyatının dürçəlişi tendensiyası fonunda genişləndirilmiş pul-kredit və büdcə siyasəti şəraitində iqtisadi artım tempi proqnozu üstələyir. Nəticədə mövcud inflyasiya mühiti bu amillərin təsiri altında formalaşıb.
Mərkəzi Bank inflyasiya gözləntiləri fonunda tədricən pul-kredit siyasətinin sərtləşdirilməsinə üstünlük verir. Sonuncu dəfə Bank uçot dərəcəsini 2010-cu ilin martında 6%-dən 6,5%-ə qaldırıb.