ABŞ-ın nəzarət orqanları tərəfindən 3 bankın bağlanması barədə qərar qəbul edib. Bu qərar nəticəsində City Bank, Tamalpais Bank və Innovative Bank kimi banl bağlanıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Reuters agentliyi xəbər yayıb.
Vaşinqton ştatının Linvud şəhərində yerləşən City Bankın 8 filialı var və aktivlərinin həcmi 1,02 milyard dollara bərabərdir. Bütün bunlar həmin ştatın Kupvil şəhərində yerləşən Whidbey Island Bankın sərəncamına keçəcək.
Kaliforniya ştatının Oklend şəhərində yerləşən Tamalpais Bankın aktivləri 628,9 milyon dollara təşkil edir. Bu vəsaitlər artıq San-Fransiskonun Union Bankına keçəcək.
Oklend şəhərinin digər bankı olan Innovative Bankın problemi aktivlər ucbatından lisenziyası ləğv edilib. Bankın aktivləri 269 milyon dollar həcmindədir.