2010-cu ilin fevral ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard dollar artaraq 3,92 milyard ABŞ dolları təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2009-cu ilin fevralında bu göstərici 2,4 milyard dollar olub.
Komitənin məlumatına görə, fevral ayında respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 105 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi $3,92 milyard olub. Bu müddətdə $3,22 milyardlıq 795 adda əmtəə ixrac, $0,7 milyardlıq 3521 adda əmtəə idxal olunub. İxrac-idxal əməliyyatları üzrə müsbət saldo $2,5 milyard təşkil edib.
Ötən ilin fevralında ixrac-idxal əməliyyatları üzrə müsbət saldo $0,6 milyard olub.
Respublikaya $4,31 milyon dəyərində 356,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə humanitar yardım kimi daxil olub.
2009-cu ilin müvafiq dövrünə nisbətən 2010-cu ilin yanvar ayında ixrac 115,54% və ya $1,7 milyard artsa da, idxal 23,84% və ya $220,2 milyon azalıb.