Əhali 8 ayda istehlaka 7,5 milyard manat xərcləyib
2009-cu ilin yanvar-avqust aylarında ticarət şəbəkəsindən əhaliyə 7,5 milyard manatlıq istehlak malları satılıb. Bu isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çoxdur. “İqtisadi forum” jurnalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
İstehlak mallarının 4,9 milyard manatını ərzaq, 2,6 milyard manatını isə qeyri-ərzaq malları təşkil edib. Ərzaq mallarının satışı 10,9%, qeyri-ərzaq mallarının satışı 3,3 faiz artıb. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,4%-i hüquqi şəxslərin, 42,7 %-i yarmarka və bazarların, 41,9 faizi isə fərdi sahibkarların hesabına formalaşıb.
2009-cu ilin səkkiz ayı ərzində əhaliyə 2,4 milyard manatlıq və ya 12,6 faiz çox pullu xidmət göstərilib. Xidmətin 80,1 %-i hüquqi, 19,9 %-i fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 13,4 və 9,5 %-i çox pullu xidmət göstərilib.