Ötən il Avropa ölkələri üçün ağır olub. 2008-ci illə müqayisədə Avropa Birliyin bütün ölkələrində büdcə kəsiri kəskin artıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Eurostat agentliyinin statistik məlumatları bu qənaətə gəlməyə əsas verir.
Latviyanın büdcə kəsiri il ərzində xeyli artıb və 2009-cu ildə ÜDM-in 9%-i həddində olub. Bu Avropa Birliyi ölkələri üzrə 6-cı göstəricidir. Ən yüksək kəsir (14,3%) İrlandiyada qeydə alınıb. Bundan başqa Yunanıstanda 13,6%, Böyük Britaniyada 11,5%, İspaniyada 11,2%, Portuqaliyada 9,4%, Litvada 8,9% təşkil edib.
Avropa Birliyinin heç bir ölkəsində büdcə qalığı qeydə alınmayıb. Ən az kəsir İsveç, Lüksemburq və Estoniyada yaranıb. Bu ölkələr kəsirin uyğun olaraq ÜDM-in 0,5%, 0,7% və 1,7%-i həddində olub.
2009-cu ildə büdcə balansı Avropa Birliyi ölkələrinin 2-də yaxşılaşıb, 25-də isə pisləşib.
27 ölkənin ümumi büdcə kəsiri 2008-ci illə müqayisədə ÜDM-in 2,3%-dən 6,8%-nə yüksəlib. Avrozonada isə bu göstərici 2%-dən 6,3%-ə qalxıb.