Avqust ayının nəticəsinə görə, ABŞ-ın illik büdcə kəsiri 1,38 trilyon dollara çatıb. Bu göstərici ölkə tarixində ən yüksək həddir. Bu barədə “İqtisadi forum” jurnalı ABŞ-ın Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2009-cu ilin avqustunda büdcə kəsiri 111,4 milyard dollar olub. Bu rəqəm ekspertlərin proqnozlaşdırdığı 152 milyard dollardan da azdır. ABŞ hökuməti bunu stabilləşdirmə tədbirlərinin məhsuldarlığı və ölkə iqtisadiyyatının bərpasını bir daha sübut edir.
Ötən ay Obama administrasiyası sentyabrın 31-də bitən 2009-cu maliyyə ili üzrə rəsmi kəsir proqnozuna düzəliş edib. Hökumətin qiymətləndirməsinə görə, kəsir 1,58 trilyon dollar olmalıdır. Əvvəl 1,84 trilyon dollar proqnozlaşdırılırdı, ancaq Ağ Ev antiböhran proqramı çərçivəsində banklara ayıracağı vəsaitdən 250 milyard dollar vəsaitə qənaət edə bilib.