Azərbaycanda fəaliyyət göstərən bankların optimal sayı nə qədər olmalıdır?
“İqtisadi forum” jurnalının internet saytında yerləşdirdiyi “Sizcə, Azərbaycanda fəaliyyət göstərən bankların optimal sayı nə qədər olmalıdır?” məzmunlu sorğusunda iştirak edən 34 respondentin 23-ü bankların mövcud sayının azaldılması fikrini dəstəklədiyini bildirib.
Sorğu iştirakçılarının 34%-i hesab edir ki, ölkədə fəaliyyət göstərən bankların sayı 40-dan az olmalıdır. Rəyi soruşulanların 31%-nin fikrincə, onların sayı iki dəfə azaldılmalıdır, yəni 30-dan az olmalıdır.
Oxucularımızın 20%-i ölkə banklarının az olduğu qənaətinə gələrək onların sayının artırılmasını təklif edib. 8% respondent isə hesab edir ki, bu qurumların sayı 20-dən də az olmalıdır. Cəmi 1 nəfər bankların indiki sayını məqbul sayıb.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 45-i özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.
"İqtisadi forum" jurnalının dəyərli oxucularına qiymətli vaxtlarını sorğuya sərf etdiklərinə görə təşəkkür edir.