Cari ilin mart ayında nəqliyyatda yükdaşıma tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz artıb. Ay ərzində yükdaşıma tarifləri boru kəməri və avtomobil nəqliyyatında 0,1 faiz ucuzlaşmış, dəmir yolu nəqliyyatında isə 3,9 faiz artıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi xəbər verib.
Dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 11,4 faiz, ölkədən kənara yük göndərilməsi üzrə 6,9 faiz, ölkəyə yük gətirilməsi üzrə 1,0 faiz, tranzit yüklərin daşınması üzrə isə 0,1 bahalaşıb.
Bir saatlıq işə görə yükdaşıma tariflərinin 10,1 faiz ucuzlaşması səbəbindən avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb.