“İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın "Millward Brown Optimor" tədqiqat şirkəti dünyanın ən bahalı brendlərinin növbəti – beşinci "BrandZ Top 100" reytinqini dərc edib. Reytinqə görə, 2010-cu ildə siyahıya daxil edilən brendlərin cəmi dəyəri $2 trilyondan çox olub.
İlk reytinqdən, yəni 2006-cı ildən bəri dünyanın ən bahalı 100 brendinin ümumi dəyəri 40% artaraq $1,45-dən $2,04 trilyona yüksəlib.
Texnoloji sferanın brendləri 5 ildə ən çox artım nümayiş etdiriblər. 2006-cı ildə reytinqə düşə bilməyən "BlackBerry" brendi hazırda $30,7 milyardlıq dəyərlə 14-cü yerdədir.
“Amazon” brendi 5 il ərzində 78-ci yerdən 15-ə yüksəlib. Bu müddətdə onun dəyəri $27,5 milyarda çatıb. “Apple” brendi 26 bənd yüksələrək üçüncü olub. Onun dəyəri isə $83,2 milyarda bərabər olub.
Bu müddətdə "McDonald’s" 11-dən 6-ya, "Vodafone" 10-dan 6-cı yerə yüksəlib. "Citi" və "Toyota" brendləri isə ilk 10-ğu tərk edib. "Walmart" həmçinin onluğu tərk edərək 13-ə düşüb.
“Google” brendi hazırda $114,3 milyardlıq bazar dəyəri ilə liderdir. Halbuki 2006-cı ildə $37,4 milyard dəyərlə 7-ci yerdə olub.
Reytinqdə ikinci olan İBM brendinin dəyəri $86,3 milyard qiymətləndirilir.
Dördüncü və böşinci yerləri müvafiq olaraq Microsoft ($76,344 milyard) və Coca Cola ($67,983 milyard) şirkətləri tutur.