Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Avro kəskin ucuzlaşır
Samir Əliyev: “Ucuzlaşma davam edəcək”

Yunanıstan böhranının dərinləşməsi və digər ölkələrə yayılması təhlüksə avronu daim təyziq altında saxlayır. Dünya birjalarında dünən avronun dollara nisbətən kursu son bir ildə minimum həddə düşüb. Avro 1,29 dollara qədər ucuzlaşıb ki, bu da 2009-cu ilin aprelindən ən aşağı həddir. Ekspertlər bunun son hədd olmadığı qənaətindədirlər.

İqtisadi Təşəbbüslərə Yardım İctima Birliyinin eksperti Samir Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında bildirib ki, Yunanıstanın borc probleminin həllini tapmaması hələ də Avropa valyutasına mənfi təsir göstərir. Onun sözlərinə görə, Avropa Birliyi və BVF-nin bu ölkəyə 110 milyard avro məbləğində yardım ayırması qərarı da avronu xilas edə bilmir. “Burada əsas problem ondan ibarətdir ki, hazırda Yunanıstan böhranının digər ölkələrə yayılması təhlüksə var. Bu isə investorlarda narahatlıq yaradır. Xüsusilə də İspaniya ilə bağlı yayılmış xəbər avroya daha böyük zərbə vurub. Srağagün dünya mətbuatında İspaniyanın 280 milyard avro məbləğində yardım almaq üçün BVF-yə müraciət etməsi xəbəri yayıldı. Bu xəbər nəticəsində avro dollara nisbətən son 1 ildə ən aşağı həddə qədər ucuzlaşdırdı. İspaniya avroməkanda 4-cü ən böyük iqtisadiyyata malik ölkədir. Böhranın İspaniyaya yayılması son nəticədə avrozonanın dağılması ilə sonuclana bilər. Artıq İspaniyada böhranın əlamətləri müşahidə edilir. 2009-cu ildə büdcə kəsiri yüksək olan ölkələrdən biri olub. İşsizlik 20%-ə çatıb. Ona görə də hesab olunur ki, Yunanıstan avrozona üçün problem yaradıb, İspaniya isə onu dağıda bilər”

S.Əliyev avronun ucuzlaşmasının davam edəcəyini də proqnozlaşdırır: “Yunanıstanda artıq cəmiyyət tərəfindən hökumətin antiböhran tədbirlərinə müqavimət var. Tətillər ölkəni bürüyüb. Bu vəziyyət hökumətin beynəlxalq təşkilatlar tərəfindən götürdüyü öhdəliyi tam yerinə yetirməsini şübhə altına alır. Çünki hökumət büdcə kəsirini 30 milyard avro ixtisar etməklə 2014-cü ilə kimi ÜDM-in 3%-i həddinə endirmək niyyətindədir. Bunun üçün vergilərin qaldırılması, pensiya və maaşların ixtisarı nəzərdə tutulub. Yunanıstan həmkarları isə bununla razılaşmır. Üstəgəl İrlandiya, İspaniya, Portuqaliyada müşahidə edilən potensial böhran avronu uzun müddət təyziq altında saxlayacaq. Ola bilsin ki, müəyyən zaman kəsiklərində Avropa Birliyinin tədbirləri nəticəsində avronun kursunda artım baş versin. Amma bu şox çəkməyəcək. Ümumilikdə avro daha da dəyərsizləşəcək”

Dünya birjalarında avronun ucuzlaşması təsirini Azərbaycanda göstərib. aprel ayında Mərkəzi Bankın rəsmi kursuna görə hazırda avro 1,0412 manata bərabərdir. 2010-cu ilin 4 ayı ərzində manat avroya nisbətən 10% bahalaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1575 manatdan mayın 5-nə 1,0412 manata kimi ucuzlaşıb. Bu o deməkdir ki, yanvar-may ayları ərzində hər 100 avro dəyərini 11,6 manat itirib. Avron Azərbaycanda son 1 ildə ən aşağı həddə qədər ucuzlaşıb. Ekspertə görə, milli valyutanın məzənnəsi dollar əsasında müəyyən edildiyindən avronun dollara nisbətən ucuzlaşması manatın kursunda da özünü göstərir.

S.Əliyev hesab edir ki, avronun ucuzlaşması Azərbaycandakı qiymətlərə ciddi təsir göstərməyəcək. “Azərbaycanın xarici iqtisadi ticarətində avronun payı 15%-i ötmür. Bu baxımdan idxal malarının ucuzlaşmasından söhbət gedə bilməz. Müəyyən ucuzlaşma qeyri-ərzaq mallarında, xüsusən də Almaniya və Fransadan gətirilən avtomobillərin qiymətində müşahidə edilə bilər. Amma bu çox cüzi ola bilər”

Tarix: 05 May 2010  |  Baxış sayı: 155




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV