Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Ana və övladlarımız necə yaşayır?
Analıq İndeksinə görə, Azərbaycan 160 ölkə arasında 96-cı yerdədir

Hər bir ölkənin perspektivi bir çox amillərdən - biznes şəraiti, yaxşı idarəetmə, yüksək texnologiyalar və s. asılıdır. Bəlkə də bu amillər içərisində ən vacibi ana və uşaqların yaşadıqları ölkədə özlərinin nə dərəcədə rahat hiss etmələridir. Amerikanın Save the Children qeyri-hökumət təşkilatının açıqladığı yeni reytinq bu suala cavab tapmağa imkan verir.

“İqtisadi forum” jurnalının məlumatına görə, “Save the Children” təşkilatı dünya üzrə Analıq İndeksini (Mother`s İndeks 2010) tərtib edib. 160 ölkənin təmsil olunduğu reytinq cədvəlində ana və uşaq üçün yaşayış rahatlığı müəyyən olunub.

Reytinqə görə, ana olmaq istəyən Norveç, Avstraliya, İslandiya və İsveç vətəndaşları özlərini xoşbəxt saya bilərlər. Çünki onların ölkəsi Analıq İndeksi üzrə ən yaxşı göstəriciyə malikdirlər. Danimarka, Yeni Zelandiya, Finlandiya, Niderland, Belçika, Almaniya və İrlandiya ilk onluğa daxil olan dövlətlərdir. Ancaq Əfqanıstan, Niger və Çad vətəndaşlarının özlərini xoşbəxt saymaları üçün heç bir əsas yoxdur. Bu ölkələr 160 ölkə arasında sonuncu pillələri tutublar. 

Cədvəldə təmsil olunan ölkələr şərti olaraq 3 qrupa bölünüb: inkişaf etmiş, az inkişaf etmiş və zəif inkişaf etmiş. Hər qrup ayrıca sıralanıb. İnkişaf etmiş qrupa 43, az inkişaf etmiş qrupa 77 və zəif inkişaf etmiş qrupa isə 40 ölkə daxildir.

Postsovet məkanında 7 ölkə inkişaf etmiş qrupuna daxildir. Baltik ölkələri - Estoniya (17), Litva (22), Latviya (25) həmişəki kimi öncüllərdəndir. Estoniya Qadın İndeksi üzrə (Women`s Indeks) 19-cu, Uşaq İndeksi üzrə (Children`s İndeks) 13-cü olub. Litvanın bu indekslər üzrə tutduğu yer uyğun olaraq 21 və 27, Latviyada isə 19 və 33 olub.

Belarus Analıq İndeksi üzrə 33-cü, Rusiya 38-ci, Ukrayna 39-cu, Moldova 40-cı yeri tutub.

Hesabata görə, Azərbaycan da daxil olmaqla 7 postsovet ölkəsi az inkişaf etmiş ölkələr qrupuna daxil edilib. Qazaxıstan, Özbəkistan, Qırğızıstan uyğun olaraq  8-ci, 23-cü və 25-ci yeri tutub.

Azərbaycan yenə də Cənubu Qafqazda sonuncu yerləri tutur. Ermənistan 35-ci, Gürcüstan 43-cü, Azərbaycan isə qrupda 53-cü yeri tutub. Azərbaycan postsovet ölkələri arasında yalnız 55-ci pillədə olan Tacikistanı qabaqlayır.

Ölkəmiz Qadın İndeksi üzrə 51-ci, Uşaq İndeksi üzrə isə 54-cü pillədə olub.

Qadın İndeksi ömür davamlılığı, təhsil səviyyəsi, gender əlaməti üzrə orta aylıq əmək haqlarının nisbəti, məzuniyyətin davamlılığı və uşaq doğuşu zamanı müavinətin ölçüsü kimi meyarlar əsasında tərtib edilib. Bundan başqa qadınların hakimiyyət orqanlarında iştirakı, aşağı və orta inkişaf etmiş ölkələrdə peşəkar tibbi heyət tərəfindən qəbul edilmiş doğuşların payı kimi meyarlar da daxildir.

Uşaq İndeksi 5 yaşdan kişik uşaqlar arasında ölümün səviyyəsi, məktəbəqədər və məktəb təhsili ilə əhatə səviyyəsi kimi meyarlar əsasında hazırlanıb. Reytinqə həmçinin az və zəif inkişaf etmiş qruplara daxil olan ölkələrin mövqeyinə keyfiyyətli içməli sudan istifadə edən əhalinin payı və çəki azlığından əziyyət çəkən uşaqların sayı kimi meyarlar da təsir edir.     

Analıq İndeksi hökumətlərin, tədqiqat institutlrınnı və beynəlxalq agentliklərin məlumatları əsasında hazırlanıb. Bu indeks qadın və uşaq indeksləri əsasında tərtib edilib.  

Hesabatda qeyd edilir ki, dünyada hər il 50 milyon nəfərə qədər qadın həkim köməyi olmadan uşaq doğur. Aşağı həyat səviyyəsi səbəbindən 350 min qadın hamiləlik dövründə bə ya doğuş zamanı dünyasını dəyişir.

Tədqiqata görə, aclıqdan hər il 8,8 milyon uşaq 5 yaşına çatmamış ölür. Hesablamalara görə, əgər tibbi yardım olunsaydı nəzəri cəhətdən 250 min qadın və 5,5 min uşağı xılas etmək olardı.

Tarix: 06 May 2010  |  Baxış sayı: 285




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV